Vəzifə öhdəlikləri: Elektrosistemlərin montajı və texniki xidməti
•Hərəkətdə olan tərkibdə və depoda elektrik şəbəkələrinin və avadanlıqların quraşdırılması, xidməti və təmiri. İşıqlandırma sistemləri, güc kabelləri və qoruyucu sistemlərin sazlanması və işlək vəziyyətinin yoxlanılması
•Qatarların mexaniki elementlərinin və hərəkət hissələrinin texniki xidmətini göstərmək
Yoxlama və diaqnostika
•Elektrik nasazlıqlarının aşkarlanması və aradan qaldırılması. Elektrik sxemlərinin və komponentlərinin işlək vəziyyətini yoxlamaq üçün ölçü cihazlarından istifadə etmək
•Montaj və işə salma işlərini icra etmək
Elektrik komponentlərinin təmiri və əvəz olunması
•Kabellərin, sığortaların, relelərin, kontaktorların və digər elektrik elementlərinin dəyişdirilməsi. Hərəkətdə olan tərkibdə və infrastrukturda naqillərin və açar qurğularının təmiri
Təhlükəsizliyin təmin olunması
•İşlərin icrası zamanı təhlükəsizlik normalarına və standartlarına riayət etmək, yüksək gərginliklə işləyərkən ehtiyat tədbirlərinə əməl etmək.
Tələblər
•Ali və ya orta ixtisas (texniki) təhsili
•Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi. Rus və ya ingilis dili üzrə orta səviyyədə biliklər
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•net 1300 AZN, gələcəkdə artım nəzərdə tutulmuşdur
•Tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Elektrik (Böyükşor lokomotiv deposu )” qeyd etməklə CV Fidan.Azizova@stadlerrail.com elektron poçt ünvanına göndərməkləri xahiş olunur.