•“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Elektrik qaynaqçısı” vəzifəsinə vakansiya elan edir.
İş şəraitiİş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,Əmək haqqı
•Namizədin bilik və bacarığına əsasən müsahibə zamanı müəyyən ediləcəkdir.Tam sosial təminat (məzuniyyət və s.
) 5 günlük iş həftəsiNahar fasiləsi: 12:00-13
•00Nahar müəssisə tərəfindən təmin edilir.Vəzifə öhdəlikləriİstehsalat sahəsində metal konstruksiyaların, detalların, hissələrin və müxtəlif avadanlıqların elektrik qaynağı işlərini yerinə yetirmək
•Qaynaq işlərini texniki sənədlərə, çertyoj və müəyyən edilmiş texnoloji tələblərə uyğun icra etmək
•Qaynaq ediləcək səth və detalları qaynaq prosesinə hazırlamaq
•Qaynaq aparatını, elektrodları, kabelləri və digər köməkçi avadanlıqları işə hazırlamaq
•Qaynaq ediləcək materialın növünə, qalınlığına və işin xüsusiyyətinə uyğun elektrod və qaynaq rejimini müəyyən etmək
•Müxtəlif mürəkkəblikdə qaynaq tikişlərini yerinə yetirmək
•Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək və aşkar olunmuş qüsurları aradan qaldırmaq
•Metal konstruksiya və detalların yığılması və qaynaqlanması işlərində iştirak etmək
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Zəruri hallarda metalın kəsilməsi, daşlanması və qaynağa hazırlanması kimi köməkçi işləri yerinə yetirmək
•Qaynaq avadanlıqlarından və əl alətlərindən düzgün və təhlükəsiz istifadə etmək
•İş prosesində istifadə olunan avadanlıqların texniki sazlığını nəzarətdə saxlamaq və nasazlıqlar barədə rəhbərinə məlumat vermək
•İş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək
•Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək
•Verilmiş istehsalat tapşırıqlarını müəyyən edilmiş müddətdə və tələb olunan keyfiyyətdə yerinə yetirmək.
Tələblər
•Orta ixtisas və ya peşə təhsili
•Elektrik qaynaqçısı ixtisası üzrə müvafiq iş təcrübəsi
•Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
•Elektrik qövs qaynağı üzrə nəzəri və praktiki biliklər
•Müxtəlif metal və metal konstruksiyaların qaynaqlanması üzrə praktiki bacarıqlar
•Elektrodların seçilməsi və qaynaq rejimləri haqqında bilik
•Qaynaq avadanlıqları və alətlərindən düzgün istifadə etmək bacarığı
•Texniki çertyoj və sənədləri oxumaq bacarığı
•Qaynaq tikişlərinə qoyulan əsas keyfiyyət tələblərini bilməli
•Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməli
•İstehsalat şəraitində işləmək bacarığı
Namizədin şəxsi keyfiyyətləri
•Məsuliyyətli və intizamlı olmaq
•Diqqətli və dəqiq işləmək
•İşə ciddi və planlı yanaşmaq
•Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
•Komandada işləmək bacarığı
•Təhlükəsizlik qaydalarına riayət etmək
•Operativ və çevik olmaq
•Fiziki işə uyğunlaşmaq..Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Elektrik qaynaqçısı” Mövzu bölməsində göstərin.