•Bank üzrə əməliyyat risklərinin idarə olunması sahəsində məlumatların toplanmasını, təhlilini və qiymətləndirilməsini həyata keçirir, nəticələri və tövsiyələri şöbə müdirinə təqdim edir
•Risk və Nəzarətin Özünüqiymətləndirməsi (RNÖ) prosesinin təşkilini və icrasını təmin edir, proses sahibləri ilə birlikdə risklərin və nəzarət mexanizmlərinin müəyyən edilməsini həyata keçirir
•Biznes proseslərinin xəritələrinin (Process Mapping) hazırlanmasını və yenilənməsini koordinasiya edir, proseslərdə mövcud riskləri və nəzarət boşluqlarını müəyyən edir
•Biznes proseslərinin yerində müşahidəsini həyata keçirir, proses sahibləri ilə görüşlər keçirərək risk və nəzarət mühitini qiymətləndirir
•RNÖ nəticələri üzrə müəyyən edilmiş risklərin, tədbirlər planlarının və düzəldici fəaliyyətlərin icrasına nəzarət edir, aidiyyəti struktur bölmələri ilə koordinasiyanı təmin edir
•Əməliyyat risk hadisələrinin (Operational Risk Events) qeydiyyatını, təhlilini və kök səbəb analizini həyata keçirir, təkrarlanma riskinin azaldılması məqsədilə təkliflər hazırlayır
•Bank üzrə əməliyyat itkiləri məlumat bazasının formalaşdırılmasında iştirak edir, itki hadisələrinin monitorinqini və hesabatlılığını təmin edir
•Yeni məhsul, xidmət, proses və sistemlərin tətbiqi zamanı risk qiymətləndirilməsini həyata keçirir, rəy və tövsiyələr təqdim edir
•Daxili normativ sənədlərin, prosedurların və metodologiyaların əməliyyat riskləri baxımından nəzərdən keçirilməsində iştirak edir
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Əsas Risk Göstəricilərinin (KRI – Key Risk Indicators) hazırlanmasında iştirak edir, monitorinqini həyata keçirir və limit aşmalarını təhlil edir
•Risklərin idarə edilməsi üzrə hesabatların hazırlanmasını, aylıq, rüblük, yarımillik və illik risk göstəricilərinin toplanmasını, emalını və təqdim edilməsini təmin edir
•Ekoloji, sosial və idarəetmə (ESG) riskləri, xüsusilə ekoloji risklərin idarə olunması sahəsində məlumatlı olur və aidiyyəti qiymətləndirmələrdə iştirak edir
•Rəhbərlik tərəfindən verilən və vəzifə öhdəliklərindən irəli gələn digər tapşırıqları yerinə yetirir.
Tələblər
•İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, riyaziyyat və ya digər əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi
•Risklərin idarə olunması, daxili nəzarət və ya daxili audit sahəsində minimum 1 il, əməliyyat fəaliyyəti sahəsində minimum 3 il iş təcrübəsi
•RNÖ, KRI, əməliyyat risk hadisələri, proses xəritələri və nəzarət mexanizmləri üzrə anlayışlara malik olmaq
•Analitik düşünmə, riskyönümlü yanaşma, məlumatların təhlili, hesabatların hazırlanması və təqdimatı bacarığı
•Yüksək məsuliyyətlilik, detallara diqqət, problem həll etmə, təşəbbüskarlıq və komanda ilə işləmə bacarığı
•MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yüksək səviyyədə işləmək bacarığı
•FRM, ORM və ya digər peşəkar sertifikatların olması üstünlükdür
•İngilis və rus dillərini bilmək üstünlükdür
Vakansiyaya https
•//hr.turanbank.az/home linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Rəqəmsal dələduzluq əməliyyatlarının təhqiqatı və idarə edilməsi üzrə baş mütəxəssis