•Şirkətin İT məhsulları, videonəzarət və təhlükəsizlik sistemləri, şəbəkə avadanlıqları və digər məhsul kateqoriyaları üzrə kreativ və funksional vizual materialların hazırlanması
•Sosial media platformaları üçün məhsul, kampaniya, endirim, yeni məhsul və xüsusi təkliflərə uyğun kreativ dizaynların hazırlanması
•Məhsul kataloqları, broşürlər, flayerlər, bannerlər, posterlər, POS materialları və digər çap/digital reklam materiallarının dizayn edilməsi
•Yeni məhsul və brendlərin vizual təqdimat konsepsiyalarının hazırlanması və brend kimliyinə uyğunlaşdırılması
•Məhsulların texniki xüsusiyyətlərinin, üstünlüklərinin və funksional imkanlarının vizual və asan anlaşılan formatda təqdim edilməsi
•Şirkətin əməkdaşlıq etdiyi brendlərin Brand Guidelines və korporativ identiklik standartlarına uyğun dizaynların hazırlanması
•Məhsul fotoşəkillərinin retuşu, rəng korreksiyası, fonun təmizlənməsi, kompozisiya və ölçü baxımından optimallaşdırılması
•Satış və marketinq komandalarının gündəlik məhsul, kampaniya və kommunikasiya üzrə dizayn ehtiyaclarının operativ şəkildə təmin edilməsi
•Reklam və marketinq kampaniyaları üçün kreativ ideyaların və vizual konsepsiyaların hazırlanmasında iştirak
•Çapa təqdim olunan materialların ölçü, rezolyusiya, rəng modeli, bleed və digər texniki tələblərə uyğun hazırlanması
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Mövcud dizaynların analiz edilməsi, yenilənməsi və vizual keyfiyyətinin təkmilləşdirilməsi
•Şirkətin vizual kommunikasiya üslubunun vahid və peşəkar şəkildə qorunmasına töhfə vermək
•Rəhbərlik tərəfindən verilən vəzifə ilə bağlı digər tapşırıqların vaxtında, keyfiyyətli və məsuliyyətli şəkildə icra edilməsi.
Tələblər
•Ali və ya orta ixtisas təhsili (Qrafik dizayn, Dizayn, Marketinq və ya əlaqəli sahələr üzrə)
•Qrafik dizayn sahəsində iş təcrübəsi
•Adobe Photoshop və Adobe Illustrator proqramlarında işləmək bacarığı
•Adobe InDesign və Figma proqramlarında işləmək bacarığı üstünlükdür
•Kompozisiya, rəng, tipoqrafiya və vizual dizayn prinsipləri üzrə bilik
•Sosial media və rəqəmsal reklam dizaynları üzrə anlayış
•İT və texnologiya məhsullarına maraq və məhsul xüsusiyyətlərini vizual formada təqdim etmək bacarığı
•Kreativ düşüncəli, məsuliyyətli, diqqətli və operativ olmaq
•Komandada işləmək və verilən tapşırıqları müəyyən edilmiş müddətdə icra etmək bacarığı
•Portfolio təqdim edilməsi arzuolunandır.
İş şəraiti:İş qrafiki: 5 gün, 09:00–18
•00Müsahibə zamanı razılaşdırılır.Peşəkar inkişaf imkanlarıMüasir və dinamik iş mühitiKreativ layihələr və müxtəlif İT məhsulları üzərində işləmək imkanıMehriban və dəstəkləyici iş mühitiCV-nizi mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etməyiniz xahiş olunur.