•Bakı, Azərbaycan Vəzifənin təsviriBu vəzifənin rolu şirkətin mərkəzi video/audio, giriş-çıxışa nəzarət və antioğurluq sistemlərinin fasiləsiz işləməsini təmin etməkdir.
Öhdəlikləri
•Texniki dəstək və preventiv xidmətVideo müşahidə (CCTV), audio, giriş-çıxışa nəzarət, oğurluğa qarşı və turniket sistemlərinin dayanıqlı və fasiləsiz işləməsini təmin edilməsi.Texniki sistemlər üzrə daimi monitorinqin aparılması, planlı profilaktik baxışların həyata keçirilməsi və yaranan nasazlıqların operativ şəkildə aradan qaldırılması.Kabel və infrastruktur işləriMağazalarda şəbəkə, audio və analoq kamera kabellərinin çəkilişinin icra edilməsi.Mağaza və ofislərdə path panellərin montajını, kommunikasiya şkaflarının və qutularının quraşdırılmasını həyata keçirmək və texniki xidmətin göstərilməsi.Layihələndirmə və keyfiyyətə nəzarətLayihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərinin iş icrasında iştirak edilməsi.Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışları keçirilməsi.Layihələrdə zəif axın sistemləri üçün seçilən avadanlıqların düzgünlüyünü yoxlamaqda layihəçi ilə birlikdə iştirak edilməsi.İcra, qeydiyyat və hesabatlıqSahəsi üzrə daxil olan müraciətlərin icra prosesini müvafiq proqram təminatında qeydiyyata almaq.Daxil olan sorğuların müəyyən edilmiş müddətlər çərçivəsində icrasını təmin etmək və nəticələr barədə aidiyyəti üzrə məlumat vermək.
Görülmüş işlər və icra olunmuş layihələr üzrə mütəmadi və yekun hesabatlar hazırlamaq və təqdim etməkMəsuliyyət sahəsi:Video-audio avadanlıqlarıTəhlükəsizlik sistemləri (CCTV (analzoq və IP) sistemləri, IP kameralar və DVR/NVR sistemləri və Access Control (keçid nəzarəti) sistemləri)TələblərProfessional biliklər
•CCTV, IP və analoq kamera, DVR/NVR və video-müşahidə sistemləri üzrə praktiki biliklər. (Bu tələb CV-də CCTV sistemləri, IP/analog kameralar, DVR/NVR avadanlıqları, video-müşahidə sistemlərinin quraşdırılması, sazlanması və/və ya texniki dəstəyi üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)Zəif axın, şəbəkə və kabel infrastrukturu üzrə baza bilik və praktiki bacarıqlar. (Bu tələb CV-də LAN/WLAN, IP şəbəkələr, router/access point, patch panel/rack, kabel çəkilişi və/və ya kommunikasiya avadanlıqlarının quraşdırılması/sazlanması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)Audio və/və ya AV avadanlıqlarının quraşdırılması və sazlanması üzrə praktiki bilik və ya iş təcrübəsi (üstünlükdür).CompTIA A+, CCNA və ya oxşar IT/şəbəkə üzrə müvafiq sertifikatlar arzuolunandır.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Təhsil:Ali və ya orta-ixtisas təhsili (İnformasiya texnologiyaları, telekommunikasiya, elektronika və ya müvafiq texniki sahə üzrə üstünlükdür)Sahə üzrə müvafiq sertifikatlar arzuolunandır (Ali və orta-ixtisas təhsili olmasa)İş təcrübəsi
•CCTV/video-audio, təhlükəsizlik sistemləri, giriş-çıxışa nəzarət, zəif axın və ya şəbəkə infrastrukturu üzrə ən azı 1 il iş təcrübəsi.
Professional bacarıq və kompetensiyalar
•Problem həlletməZamanın idarəolunmasıÇeviklikMaraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.