📍“Seylab” Su Şirkəti Vakansiya elan edirÇağrı Mərkəzi (Call Center) Rəhbəri• Şirkət: “Seylab” (Su istehsalı və satışı)• Əməkhaqqı: 800AZN + Performansa uyğun bonuslar• Yaş həddi: 25-45yaş• İş qrafiki: I-V günlər (09:00- 18:00), Şənbə (Qısa iş günü), Bazar (İstirahət)Əsas Öhdəliklər
•• Çağrı mərkəzi komandasının gündəlik fəaliyyətinə rəhbərlik və nəzarət etmək.• Aylıq təyin olunan limitlər üzrə satışı idarə etmək.• Gələn zənglərin vaxtında cavablandırılmasını və sifarişlərin düzgün qəbulunu təmin etmək.• Operatorların müştərilərlə danışıq keyfiyyətini, etiket qaydalarını yoxlamaq və qiymətləndirmək.• Problemli zənglərə və müştəri şikayətlərinə birbaşa müdaxilə edərək həll etmək.• Komandanın satış və xidmət keyfiyyətini artırmaq üçün daxili təlimlər keçmək.• Çağrı mərkəzinin fəaliyyəti və KPI göstəriciləri barədə rəhbərliyə günlük/aylıq hesabatlar vermək.
Namizədə Tələblər
•• Çağrı mərkəzi (Call Center) sahəsində azı 2-3 il rəhbər və ya supervisor təcrübəsi.(qida sahəsində təcrübə üstünlükdür)• Müştəri xidmətləri standartları və zəng idarəetmə proqramları (CRM/Call Center sistemləri) ilə işləmək bacarığı.• Güclü liderlik, komandanı motivasiya etmə və idarəetmə qabiliyyəti.• Gözəl nitq qabiliyyəti, səlis və mədəni ünsiyyət forması.• Azərbaycan dili (mükəmməl), Rus dili (üstünlükdür).• Gərgin iş qrafikində çevik qərarvermə və problem həll etmə bacarığı.
Biz Nə Təklif Edirik
•• Sabit maaş və nəticələrə bağlı bonus sistemi.• Korporativ nömrə və danışıq paketi.
Müraciət üçün
•CV-nizi mövzu hissəsinə “Call Center Rəhbəri” yazaraq Hr@seylab.az ünvanına göndərin.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.