•RFQ (Qiymət Sorğusu), RFP (Təklif Sorğusu) və tender sənədlərinin hazırlanması prosesində iştirak etmək, tender paketlərini formalaşdırmaq və sənədlərdəki uyğunsuzluq və səhvləri müəyyən etmək
•Subpodratçıların ilkin seçim (Pre-Qualification) prosesini müəyyən edilmiş prosedurlara uyğun həyata keçirmək, onların iş təcrübəsini və uyğunluğunu araşdırmaq və qiymətləndirmək
•İddiaçı siyahılarının, müqayisə cədvəllərinin, tender tövsiyələrinin, tender sonrası aydınlaşdırmaların, tender qiymətləndirmələrinin və digər tender sənədlərinin hazırlanmasını və təqibini həyata keçirmək
•Tender qalibi müəyyən edilmiş şirkətlərlə müqavilələrin imzalanması prosesini koordinasiya etmək
•Texniki və Layihə komandalarından daxil olan qiymət sorğularını araşdırmaq və müvafiq məhsul və xidmətlər üzrə bazar qiymətlərini təhlil etmək
•Mövcud subpodratçılarla işgüzar münasibətləri idarə etmək və yeni potensial subpodratçıların cəlb olunmasını təmin etmək
•Tender jurnalını (Tender Log) mütəmadi olaraq yeniləmək və məlumatların aktuallığını təmin etmək
•Tender və satınalma prosesləri üzrə müvafiq hesabatları hazırlamaq və təqdim etmək.
Tələblər:Ali təhsil
•biznesin idarə edilməsi, maliyyə və ya əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Tikinti metodları, tender prosedurları, tikinti və layihə idarəetməsinin əsasları, habelə əsas müqavilə növləri üzrə biliklər
•Təchizat proseslərinin əsas qayda, prosedur və prinsipləri üzrə biliklər
•Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması istiqamətində təkliflər vermək bacarığı
•Tender və satınalma proseslərinin planlaşdırılması və koordinasiyası üzrə bacarıqlar
•MS Office proqramlarında, xüsusilə Microsoft Excel-də yaxşı səviyyədə işləmək bacarığı
•ERP sistemləri ilə iş təcrübəsi
•Bazar araşdırması və analitik təhlil bacarığı
Əlavə məlumat:İş qrafiki: 5/2, 09:30-18:30Nahar şirkət tərəfindən təmin edilirƏmək haqqı
•2300-3000 AZN (NET)Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Böyük satınalma mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.