Televiziya, rəqəmsal media və video istehsalı sahəsində peşəkar komandamıza aşağıdakı vəzifələr üzrə əməkdaşlar axtarırıq
•• Kreativ direktor• Videoqraf• Montajçı• Səs rejissoru• Efir rejissoruKreativ direktorBiznes TV-nin proqram, veriliş və video layihələrinin ümumi yaradıcı istiqamətinin formalaşdırılması, yeni layihə konsepsiyalarının hazırlanması və yaradıcı komandanın koordinasiyasına cavabdeh olacaq.
Tələblər
•yaradıcı düşüncə və vizual yanaşma, komanda idarəetmə və liderlik bacarığı, çoxsaylı layihələri paralel idarə etmək qabiliyyəti. Televiziya və ya kreativ istehsalat sahəsində təcrübə üstünlükdür.VideoqrafTeleviziya, reklam və sosial media layihələri üzrə peşəkar video çəkilişlərin həyata keçirilməsi, kamera və işıq avadanlıqlarının düzgün istifadəsi və çəkiliş keyfiyyətinə nəzarət.
Tələblər
•professional kamera ilə işləmək, kadr quruluşu, kompozisiya və işıqlandırma prinsiplərini bilmək. Adobe Premiere Pro və ya DaVinci Resolve biliyi üstünlükdür.MontajçıBiznes TV-nin video materiallarının montajı, audio, video və qrafik elementlərin sinxronlaşdırılması, rəng korreksiyası və materialların texniki standartlara uyğun hazırlanması.
Tələblər
•Adobe Premiere Pro proqramında sərbəst işləmək, vizual montaj və ritm prinsiplərini bilmək. After Effects biliyi və portfolio üstünlükdür.Səs rejissoruStudiya və çəkiliş meydançalarında səs yazılarının həyata keçirilməsi, audio avadanlıqlarının idarə olunması, audio materialların işlənməsi və canlı yayım zamanı səs keyfiyyətinin təmin edilməsi.
Tələblər
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•audio avadanlıqları və mikrofon sistemləri ilə işləmək, Adobe Audition, Pro Tools və ya analoji proqramlardan istifadə bacarığı.Efir rejissoruCanlı və yazılmış efirlərin texniki idarə olunması, efir axınının koordinasiyası, texniki heyətlə operativ iş və efir zamanı yaranan problemlərin həlli.
Tələblər
•efir idarəetmə sistemləri ilə işləmək, stress altında operativ qərarvermə, yüksək məsuliyyət və diqqət. Növbəli iş rejimində işləmək imkanı tələb olunur.Ümumi gözləntilərTeleviziya sahəsində iş təcrübəsi üstünlükdür. Namizəddən məsuliyyətli, operativ, detallara diqqətli və komanda ilə effektiv işləyə bilən olması gözlənilir.
Əmək haqqı
•Namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən edilir.