•TəsvirAnbar təsərrüfatının effektiv idarə olunması, material və məhsulların qəbuluna, saxlanılmasına, hərəkətinə və uçotuna nəzarətin həyata keçirilməsi, eləcə də anbar daxilində təhlükəsizlik və mühafizə qaydalarının təmin edilməsi. Vəzifə öhdəlikləri Anbar qalıqlarının gündəlik, həftəlik və aylıq nəzarətinin həyata keçirilməsi
•Anbarlarda saxlanma şəraiti, təmizlik və təhlükəsizlik qaydalarına nəzarət edilməsi
•Məhsulların anbara mədaxil və məxaric prosesinin düzgün uçotunun aparılması
•Yükləmə-boşaltma işlərinin təhlükəsizlik qaydalarına uyğun təşkilinə nəzarət
•Anbar inventarizasiyası prosesində iştirak edilməsi
•İdxal olunan məhsulların sistem üzərindən uçotunun aparılması və aidiyyəti şöbələrin məlumatlandırılması
•Maliyyə Departamenti ilə koordinasiyalı şəkildə anbar sənədlərinin və hesabatların təqdim edilməsi
•Mədaxil-məxaric sənədlərinin düzgün rəsmiləşdirilməsi və hesabatların hazırlanması
•Anbar üçün tələb olunan ləvazimatların vaxtında rəhbərliyə bildirilməsi
•ERP, 1C və digər daxili proqramlarda məlumatların işlənməsi və uçotun aparılması
•İş prosesində təhlükəsizlik, operativlik və məsuliyyət prinsiplərinə riayət edilməsi.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.