İş yeri: Ofis və Qarabağ regionu (Sahə) Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq İşin təsviri
•Şirkətin ofis və Qarabağda yerləşən tikinti sahələrində SƏTƏM qaydalarına, yerli qanunvericiliyə və beynəlxalq standartlara riayət olunmasına nəzarət edilməsi
•İş yerlərində risklərin qiymətləndirilməsi (Risk Assessment) sənədlərinin hazırlanması və risklərin azaldılması üçün tədbirlərin görülməsi
•İşçilərə texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə ilkin və dövri təlimatların (induksiya və toolbox) keçirilməsi
•Tikinti sahəsində baş verə biləcək bədbəxt hadisələrin və insidentlərin qarşısının alınması üçün önləyici tədbirlərin planlaşdırılması
•SƏTƏM üzrə gündəlik, həftəlik və aylıq hesabatların tərtib edilərək rəhbərliyə təqdim olunması
•Sahədə fərdi və kollektiv mühafizə vasitələrindən düzgün istifadəyə nəzarət edilməsi.
Tələblər
•Müvafiq sahə üzrə ali təhsil
•SƏTƏM (HSE) sahəsində minimum 3-5 il iş təcrübəsi (tikinti sahəsində təcrübəsi olanlara üstünlük verilir)
•SƏTƏM sahəsinə aid yerli qanunvericilik aktları və normativ sənədlər barədə biliklər
Beynəlxalq sertifikatların (məsələn
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
NEBOSH, IOSH və ya ISO standartları üzrə sertifikatlar) olması üstünlükdür
•MS Office proqramlarını yaxşı səviyyədə bilməli
•Ofis rejmində və Qarabağ bölgəsində sahə şəraitində işləmək imkanı olmalı.
Təminatlar
•Qarabağ bölgəsində olduğu müddətdə düşərgədə pulsuz yerləşmə və gündəlik qidalanma təminatı (şirkət tərəfindən qarşılanır). Maraqlanan namizədlərdən öz CV-lərini " SƏTƏM Mühəndisi " başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.