•Tikinti şirkətimiz komandasına yeni müştərilər cəlb edəcək, layihə satışlarını inkişaf etdirəcək və tender proseslərini idarə edəcək məsuliyyətli əməkdaş axtarır.
Əsas vəzifələr
•Tikinti layihələri üçün yeni korporativ müştərilərin və tərəfdaşların tapılması
•Potensial müştərilərlə görüşlərin təşkili, şirkət xidmətlərinin təqdimatı və kommersiya təkliflərinin hazırlanması
•Müştəri bazasının formalaşdırılması və davamlı əlaqələrin idarə olunması
•Dövlət və özəl tender elanlarının izlənilməsi
•Tender sənədlərinin hazırlanması, tələb olunan məlumat və arayışların toplanması
•Tender müraciətlərinin vaxtında təqdim olunması və prosesin izlənməsi
•Qiymət təkliflərinin, müqavilə və satış sənədlərinin hazırlanmasında iştirak
•Satış və tender fəaliyyəti üzrə rəhbərliyə dövri hesabatların təqdim edilməsi.
Namizədə tələblər
•Ali təhsil
•Satış, biznesin inkişafı və ya tender sahəsində iş təcrübəsi
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
•rus və ya ingilis dili üstünlükdür
•MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı
•Yüksək ünsiyyət, danışıqlar aparma və nəticəyönümlülük bacarığı
•Məsuliyyətli, təşəbbüskar və komandada işləmə bacarığı.
Şirkət təklif edir
•Rəsmi əmək müqaviləsi
•Sabit əməkhaqqı və satış nəticələrinə əsasən bonus sistemi
•Peşəkar inkişaf və karyera imkanları
•Dinamik və peşəkar iş mühiti. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .