•VANTEXİS MMC tikinti və memarlıq materiallarının xarici ölkələrdən birbaşa idxalını həyata keçirən, bazara yeni daxil olmuş dinamik və inkişaf etməkdə olan şirkətdir. Biz biznes proseslərimizin qanunvericiliyə uyğun qurulması və hüquqi təhlükəsizliyimizin təmin edilməsi üçün təcrübəli və məsuliyyətli Hüquqşünas axtarırıq.
Öhdəliklər
•Şirkətin daxili və xarici müqavilələrinin (satınalma, satış, logistika, əmək və s.) hazırlanması, hüquqi ekspertizası və təhlili. İdxal-ixrac əməliyyatları ilə bağlı hüquqi məsələlərin tənzimlənməsi. Şirkətin mənafelərinin dövlət və özəl qurumlarda təmsil edilməsi. Əmək qanunvericiliyinə riayət olunmasına nəzarət və kadr sənədləşmələrinə hüquqi dəstək. Biznes risklərini qiymətləndirmək və rəhbərliyə hüquqi məsləhətlər vermək.
Namizədə tələblər
•Hüquqşünaslıq sahəsində ali təhsil. Müqavilə hüququ və kommersiya hüququ sahəsində minimum 2-3 il iş təcrübəsi. Azərbaycan Respublikasının qanunvericiliyi (Mülki, Əmək, Vergi və Gömrük Məcəllələri) üzrə mükəmməl biliklər. Məntiqi təfəkkür, detallara qarşı diqqət və yüksək yazılı/şifahi ünsiyyət bacarığı. Təşəbbüskar, məsuliyyətli və gənc kollektivlə işləməyə həvəsli.
Biz nə təklif edirik: Ofis
•Ağ Şəhər ofis binası. Rəsmi əmək müqaviləsi ilə sabit iş. Yeni şirkətdə qurucu komandanın bir hissəsi olmaq və karyera yüksəlişi perspektivi. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu hissəsində "Hüquqşünas" qeyd etməlidirlər.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.