•Problemli kredit portfelinin icra mərhələsinə ümumi rəhbərliyi həyata keçirmək, departamentin fəaliyyətini planlaşdırmaq, təşkil etmək və nəzarətdə saxlamaq
•İcra məmurları, məhkəmələr, dövlət qurumları və digər aidiyyəti təşkilatlarla effektiv əməkdaşlığı təşkil etmək, icra proseslərinin operativ və qanunvericiliyə uyğun aparılmasını təmin etmək
•İcra sənədlərinin icra vəziyyətinə gündəlik nəzarət etmək, gecikmələrin səbəblərini təhlil etmək və nəticəyönümlü tədbirlər həyata keçirmək
•Borcluların əmlak və gəlirlərinin müəyyən olunması, üzərinə tutmanın yönəldilməsi və digər icra tədbirlərinin effektiv icrasına nəzarət etmək
•Departament əməkdaşlarının fəaliyyətini idarə etmək, KPI-lərin icrasını izləmək, əməkdaşların inkişafı və motivasiyasını təmin etmək
•Problemli kreditlərin geri qaytarılması üzrə strategiyaların hazırlanması və tətbiqində iştirak etmək
•İcra prosesləri üzrə riskləri müəyyən etmək, rəhbərliyə təkliflər təqdim etmək və proseslərin optimallaşdırılmasını həyata keçirmək
•Departament üzrə aylıq, rüblük və illik hesabatları hazırlamaq, nəticələri rəhbərliyə təqdim etmək
•Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və departament fəaliyyətinin həmin dəyişikliklərə uyğun təşkil olunmasını təmin etmək.
Tələblər
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.