Tullantıların çeşidlənməsi üzrə mütəxəssis/koordinator – istehsalat, tikinti və ya tibb müəssisələrində bərk məişət tullantılarını ətraf mühit standartlarına və qanunvericiliyə uyğun idarə olunmasını, çeşidlənməsini həyata keçirir Vəzifə öhdəlikləri
•Tullantıların növünə və tərkibinə görə (plastik, şüşə, metal, kardon və s.) qruplaşdırılması, xüsusi qablarda saxlanılmasını təmin etmək. Azərbaycan Respublikasının "Tullantılar haqqında" Qanununa və Ekologiya və Təbii Sərvətlər Nazirliyi standartlarına riayət olunmasını təmin etmək, müvafiq hesabatları və sənədləşdirmələri aparmaq. İşçi heyətinə tullantıların təhlükəsiz idarə olunması və çeşidlənməsi qaydaları üzrə təlimlər keçmək, təhlükəsizlik və ekoloji qaydalara nəzarət etmək. Layihə çərçivəsində bütün fəaliyyətlərin yerli qanunvericiliyə, beynəlxalq standartlara (ISO 14001 və s.) və şirkətin siyasətinə uyğun həyata keçirilməsini təmin etmək. Ətraf mühit üzrə tələblərə əməl olunmasına gündəlik nəzarət etmək və müntəzəm monitorinqlər aparmaq. Uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün düzəldici tədbirlər hazırlamaq. Dövlət qurumları və müvafiq orqanlarla zəruri hallarda əlaqə saxlamaq. İşçilərə tullantıların idarə olunması, çeşidlənməsi, qəza hallarında davranış qaydaları və ətraf mühitin qorunması barədə maarifləndirici təlimatlar vermək. Ətraf mühitlə bağlı qəza və insidentlərə qarşı fövqəladə tədbirlər planı hazırlamaq. Layihə çərçivəsində riskləri minimuma endirmək üçün qabaqlayıcı tədbirlər təklif etmək. Tullantıların çeşidlənməsi sahəsində innovativ və davamlı həll yollarının tətbiqini həyata keçirmək. Tullantıların çeşidlənməsi üzrə monitorinq nəticələrini sənədləşdirmək və rəhbərliyə təqdim etmək. Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizəddən tələb olunanlar: Komanda ilə işləmə bacarığı Professional bacarıqlar və kompetensiyalar
•Nəqliyyat vasitəsinin olması mütləqdir. Biz nə təklif edirik Sabit əmək haqqı. Koorperativ nömrə şirkət tərəfindən qarşılanır Effektivlik göstəricilərinə (KPI) əsasən əmək haqqının təkrar dəyərləndirilməsi
Rəsmi qeydiyyat və stabil iş qrafiki (09:00 – 18
•00)
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Abşeron rayonu, Xırdalan şəhəri Namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “ Tullantıların çeşidlənməsi üzrə mütəxəssis/koordinator” başlığı ilə göndərmələrini xahiş edirik.