•“NG SKY” MMC “İT texniki dəstək mütəxəssisi” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır!
Əsas öhdəliklər
•Müəssisənin baş ofis və filiallarından daxil olan texniki müraciətləri qəbul etmək, qeydiyyata almaq və müəyyən edilmiş prosedurlara uyğun olaraq həll etmək
•Kompüter, noutbuk, printer, POS sistemləri, şəbəkə avadanlıqları və digər informasiya texnologiyaları avadanlıqlarının quraşdırılması, sazlanması, konfiqurasiyası və texniki xidmətini həyata keçirmək
•Yeni fəaliyyətə başlayan filialların və yeni iş yerlərinin informasiya texnologiyaları infrastrukturu ilə təchiz edilməsində iştirak etmək, zəruri avadanlıq və proqram təminatlarının quraşdırılmasını təmin etmək
•İstifadəçi hesablarının, korporativ elektron poçt ünvanlarının, informasiya sistemlərinə giriş hüquqlarının yaradılması, dəyişdirilməsi və ləğv edilməsini həyata keçirmək
•Lokal şəbəkə, internet bağlantısı və əlaqəli şəbəkə xidmətlərində yaranan nasazlıqların operativ şəkildə aradan qaldırılmasını təmin etmək və onların fasiləsiz fəaliyyətinə nəzarət etmək
•İT avadanlıqlarının inventar uçotunu aparmaq, onların texniki vəziyyətini mütəmadi olaraq qiymətləndirmək, təmir, yenilənmə və əlavə təchizat ehtiyaclarını müəyyənləşdirmək
•Məlumatların ehtiyat nüsxələrinin (backup) yaradılması prosesində iştirak etmək, ehtiyat nüsxələrin saxlanılmasına və bərpasına dəstək göstərmək
Vəzifə üzrə əsas tələblər
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Help Desk və ya İT dəstək sahəsində minimum 1 il iş təcrübəsi
•Windows əməliyyat sistemlərinin quraşdırılması, sazlanması və idarə edilməsi üzrə biliklər
•Kompüter avadanlıqları, lokal şəbəkələr və internet texnologiyaları üzrə baza bilikləri
•İstifadəçilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı
•Microsoft Office proqramları (Word, Excel, Outlook, PowerPoint və s.) üzrə biliklər
•Texniki sənədlərin, təlimatların və hesabatların hazırlanması qaydaları üzrə biliklər
•Qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.