•Mövcud olan müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi. Telefon vasitəsilə təqdim olunmuş bazalar əsasında potensial müştərilər ilə əlaqə saxlamaq və onlara telefon üzərindən satış həyata keçirmək. Müəssisənin məhsulları, xidmətləri və üstünlükləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştərilərin müvafiq suallarına ən uyğun formada ətraflı cavab verilməsi. Zəng zamanı müştərilərlə biznes etikası standartlarına (müəyyən edilmiş “Script”-ə) uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması. Müştəri müraciətlərinin qəbulunda stress, qəzəb və ya digər mübahisəli ünsürlərin yaranması zamanı təmkinliklə, dolğun məlumatlandırmanı təmin etmək. Potensial müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün xidmət seçimində köməklik göstərmək. Potensial müştəri ilə danışıqlar aparan zaman ortaya çıxan problemləri müvafiq səlahiyyət çərçivəsində həll edə bilmək. Telemarketinq və satış üzrə operator danışıqların nəticələrinin statistikasını aparır, həmçinin mövcud məlumat bazası əsasında müştərilər arasında sorğular aparır.
Şərtlər: İş vaxtı
•Növbəli iş rejimi
Əmək haqqı
•500 AZN + 550 AZN KPI bonus
•Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.