•----YALNIZ XANIM NAMİZƏDLƏR---- PeakPin — Yeni fəaliyyətə başlayan, geolokasiya əsaslı mobil platforma üzərindən yaxınlıqdakı insanlara ətrafdakı biznesləri və təkliflərini göstərir. Şirkət PEAKPİN MMC-dir
•komanda indi formalaşır və ilk satış təmsilçilərini axtarırıq. NƏ EDƏCƏKSİNİZ - Təhkim olunmuş Bakı şəhəri üzrə bölgələrdə kafe, restoran, salon, mağaza və digər 40 kateqoriya üzrə biznesləri ziyarət etmək - PeakPin-i təqdim edib obyekti platformaya abunə etmək, - Hər satışı və ziyarəti şirkətin mobil portalında qeyd etmək (3 toxunuş — sadədir), - Abunə olmuş bizneslərin qalıcılığını təmin etmək, müvafiq xidmətlərdən istifadədə köməklik göstərmək.
NƏ TƏKLİF EDİRİK - Rəsmi əmək müqaviləsi, ƏMAS qeydiyyatı, sosial sığorta — ilk gündən - Sabit əmək haqqı 800 AZN + hər satışdan bonus - Bonus satış sayına görə artır: günün satışlarının 30%-dən 45%-ə qədər, üstəlik hər aktiv abunədən aylıq 3% — məkan abunədə qaldıqca hər ay - Real gəlir nümunəsi: gündə 5 satışla ~1 400 AZN, gündə 8 satışla ~2 300 AZN, 12 satışla ~4 500 AZN (brüt, aylıq) - Aylıq bonus 7 000 AZN-ə qədər - Ödəniş ayda bir dəfə, karta - Öz gəlirinizi portalda hər gün görürsünüz — brüt və net, hesab şəffafdır İŞ QRAFİKİ - Həftədə 6 gün
•B.
e–Cümə 09:00–17:00, Şənbə 10:00–15
•00 - Səhər ofisdə gün planı, sonra sahədə — işin əsas hissəsi məkanlarda keçir - Gündəlik minimum satış norması var (başlanğıc dövr üçün gündə 3 abunə) - Sınaq müddəti 10 gün KİMİ AXTARIRIQ - Ünsiyyətcil, qapıdan içəri girməkdən çəkinməyən - Bakını tanıyan, gün ərzində gəzməyə hazır - Smartfonla rahat işləyən - Satış təcrübəsi üstünlükdür, məcburi deyil — məhsulu öyrədirik - Azərbaycan dili sərbəst
xarici dil üstünlükdür Vakansiya sayı
•10.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Səbail, Nəsimi (2), Yasamal, Nərimanov, Nizami, Xətai, Binəqədi, Sabunçu, Suraxanı–Xəzər. Müraciət üçün CV göndərin və ya «Müraciət et» düyməsinə basın. Uyğun namizədlərlə 3 iş günü ərzində əlaqə saxlanılacaq. Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun! Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.