•Layihə üzrə Baş Memar / Baş Plan Memarı (LBM) axtarırıq! Reflect Architects komandası olaraq, peşəkar, təşəbbüskar və liderlik bacarıqlarına sahib Layihə üzrə Baş Memar / Baş Plan Memarı (LBM) axtarırıq. Əgər sən həm memarlıq layihələrinin, həm də baş plan (master plan) layihələrinin konseptual və texniki idarəçiliyini həyata keçirə bilirsənsə, bu vəzifə sənin üçündür.
Vəzifələr: Memarlıq və baş plan (master plan) layihələrinin konseptual və texniki rəhbərliyi Şəhərsalma, ərazi planlaşdırılması və baş plan həllərinin hazırlanmasına rəhbərlik Tikinti normaları, SNIP və digər normativ sənədlərlə işləmə Layihə komandalarının idarə olunması və koordinasiyası Müştərilərlə görüşlərin keçirilməsi, tələblərinin analiz olunaraq layihəyə uyğunlaşdırılması İşçi layihələrin hazırlanmasında iştirak və prosesə nəzarət Tikinti prosesində layihə müəllifliyinin həyata keçirilməsi Müxtəlif ixtisaslı layihə komandalarının idarə olunması İcra zamanı yaranan texniki problemlərin analizi və operativ həlli Tələblər: Memarlıq üzrə ali təhsil İri layihələndirmə şirkətlərində minimum 5 il peşəkar təcrübə Baş plan (master plan), şəhərsalma və iri miqyaslı ərazi planlaşdırılması layihələrində iş təcrübəsi AutoCAD, Revit (və ya Archicad), SketchUp, Adobe və digər peşəkar proqramlarda yüksək səviyyədə işləmək bacarığı Tikinti normaları, SNIP və normativ sənədlərlə işləmə təcrübəsi Layihələrin hüquqi, texniki və maliyyə aspektlərini anlama bacarığı Komanda idarəetmə və liderlik qabiliyyəti Yüksək məsuliyyət, qərarvermə və problem həll etmə bacarığı Təklif edirik: 5/2 iş qrafiki İş saatları: 09:00 – 18:00 Təcrübə və bacarıqlara uyğun rəqabətli əmək haqqı Ölkə əhəmiyyətli memarlıq və baş plan layihələrinə rəhbərlik imkanı Peşəkar komanda və inkişaf yönümlü mühit Karyera yüksəlişi üçün açıq struktur və dəstək 📍 İş yeri
•Bakı, Azərbaycan 📩 LinkedIn üzərindən və ya CV və e-portfolionuzu info@reflect.az ünvanına göndərərək müraciət edə bilərsiniz.
📌 Diqqət
•E-portfolio təqdim olunmayan müraciətlərə baxılmayacaq. Mövzu hissəsində "Layihə üzrə Baş Memar / Baş Plan Memarı (LBM)" qeyd etməyiniz xahiş olunur. Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.