•Təsvir Mobil tətbiqlərin (iOS/Android), veb-tətbiqlərin və API-ların OWASP, PTES və OWASP Mobile Top 10 metodologiyalarına uyğun olaraq penetration testing keçirilməsi
•Hədəf sistemlərdəki zəifliklərin aşkar edilməsi, istismarı və sənədləşdirilməsi, CVSS şkalası üzrə kritiklik dərəcəsinin qiymətləndirilməsi
•Hücum vektorlarının təsviri, istismar sübutları (PoC) və praktiki aradan qaldırma tövsiyələrini əhatə edən ətraflı test hesabatlarının hazırlanması
•Aradan qaldırılmış zəifliklərin yoxlanılması (retest) prosesində iştirak və tapıntıların bağlanmasına nəzarət
•Təhlükəsizlik tələblərinin proqram təminatının işlənib hazırlanması həyat dövrünə (SDLC) inteqrasiyası məqsədilə development və DevSecOps komandaları ilə əməkdaşlıq
•Təhlükəsizlik arxitekturasının layihələndirilməsində və inkişafın erkən mərhələlərində threat modeling keçirilməsində iştirak. Tələblər Ali təhsil
•Penetration testləri (penetration testing) sahəsində ən azı 3 ildən artıq iş təcrübəsi
•Orta səviyyədə İngilis dili biliyi mütləqdir
•Komandada işləmək bacarığı, intizamlılıq və məsuliyyətlilik
•Güclü ünsiyyət, analitik düşünmə və mentorluq bacarıqları. Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.