Kamera arxasına keçmək, real layihələrdə çəkiliş təcrübəsi qazanmaq və bu sahənin peşəkarlarından öyrənmək istəyirsən
•"ONE" rəqəmsal agentliyi komandamıza qoşulacaq enerjili və öyrənməyə həvəsli Videoqraf-Təcrübəçi axtarır! Bu sadəcə bir təcrübə proqramı deyil, həm də sənin üçün peşəkar bir akademiyadır.
Biz nə təklif edirik
Peşəkar Təlim
•Videoqrafiyanın sirlərini, işıq, kompozisiya və montaj texnikalarını praktiki olaraq peşəkarlardan öyrənmək şansı
Təlimçi
•Bütün təlimlər bu sahədə peşəkar olan Mahir Əzizov tərəfindən fərdi və detallı şəkildə keçiriləcək
Real Təcrübə
•Nəzəriyyədə qalmırıq! İlk günlərdən real çəkiliş meydançalarında olacaq, prosesi daxildən öyrənəcəksən
Yaradıcı Mühit
•Agentlik mühitinin dinamikasını hiss etmək və fərqli layihələrdə özünü göstərmək imkanı.
Səndən nə gözləyirik
•Çəkiliş meydançasında komandaya texniki dəstək göstərmək (avadanlıqların qurulması, işıq və s. köməklik)
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Çəkilişlərə paralel olaraq gedib prosesi vizual olaraq mənimsəmək
•Video sahəsinə böyük maraq və öyrənmək, inkişaf etmək istəyi
•Punktuallıq, komanda ilə rahat ünsiyyət qurma bacarığı.
Vacib Qeyd
•Bu sahədə öncədən hər hansı bir biliyinin, təcrübəsinin və ya avadanlıqlarla tanışlığının olub-olmaması heç bir problem deyil. Biz sənə hər şeyi tam sıfırdan və ən kiçik detallarına qədər öyrədəcəyik! Bizim üçün ən önəmli meyar sənin öyrənmək həvəsindir.
Müraciət üçün
•CV (varsa motivasiya məktubu və ya özünü qısa təqdim edən bir yazı) ilə birlikdə ourneweyeone@gmail.com ünvanına "Videoqraf-Təcrübəçi" başlığı ilə göndərə bilərsən. Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!