•Vəzifə funksiyaları- Filialın Mikrokreditlər üzrə portfelinin artımına və keyfiyyətinə nəzarət edir
•- Bank tərəfindən filialın Mikrokreditlər bölməsinin qarşısında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsinə nəzarət edir və bununla əlaqədar təkliflər verir
•- Müştəri Xidmətləri Departamentinin/Filialın Kredit Komitəsinidə mütləq üzv kimi iştirak edir
•- Müştəri Xidmətləri Departamentinin/Filialın Kiçik Kredit Komitəsinə sədrlik edir
•- Müştəri Xidmətləri Departamentinin/Filialın Kiçik Kredit Komitələrinin vaxtında və müəyyən edilmiş qaydada keçirilməsinə nəzarət edir
•- Filialın Mikrokreditlər bölməsinin əməkdaşlarının bankın daxili qaydalara və işguzar adətlərə əsasən öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə əmək intizamına, davamiyyətə və əməkdaşların geyim qaydalarına riayət etmələrinə nəzarət edir
•- Filialın Mikrokreditlər bölməsində yaranmış problemlərin qısa müddət ərzində həll edilməsi prosesini koordinasiya edir
•- Etibarnamə əsasında müəyyən edilmiş məbləğ çərçivəsində Mikrokredit müqavilələrini,girov və ipoteka müqavilələrini həmçinin qeyd edilən müqavilələrin əlavələrini imzalayır
•- Bank tərəfindən müəyyən olunmuş səlahiyyətlər çərçivəsində imzaladığı Mikrokredit müqavilələri barədə birbaşa rəhbərinə gündəlik olaraq hesabat verir
•- Filialın Mikrokreditlər bölməsi tərəfindən filialda yerləşən maddi-texniki bazadan təyinatı üzrə istifadə edilməsinə nəzarət edir
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•- Filialın Mikrokreditlər bölməsinin inkişafı, məhsulların və xidmətlərin təkmilləşdirilməsi barədə təkliflər verir, Biznes sahəsi tərəfindən müəyyən edilmiş hesabatların hazırlanmasına nəzarət edir, bankdaxili qaydaları və qanunvericilikdə olan yenilikləri işçilərə izah edir
•- Bankın daxili qaydalarına əsasən, problemli kreditlərin ekspertlər tərəfindən təqibinə nəzarət edir
•- Problemli ərizəçi və müştərilərlə, onların zaminləri ilə həmçinin, xüsusi diqqət tələb edən borcalanlarla danışıqlar aparır
•- Bank daxili qaydalarla müəyyən edilmiş aylıq monitorinq planına əsasən monitorinqlər həyata keçirir və monitorinq hesabatını Mikrokreditlər Departamentinə və bir başa rəhbərinə təqdim edir
•- İş günü ərzində ekspertlərin müştərilərlə ünsiyyətinə nəzarət edir
•- Filialın Mikrokreditləri bölməsinin bölmədaxili İT problemləri ilə bağlı birbaşa rəhbəri və aidiyyəti sturukturları məlumatlandırır
•- Filialın Mikrokreditlər bölməsinin digər əməkdaşları ilə treyninqlər aparır. Iştirak etdiyi təlimlərdə əldə etdiyi zəruri bilgiləri onlarla paylaşır
•- Filialın Mikrokreditlər bölməsi ilə bağlı daxil olan sorğu və hesabatların vaxtında icra və təmin edilməsinə nəzarət edir, Filial direktorunun və Mikrokreditlər Departamentinin sorğularına əsasən müəyyən hesabatlar hazırlayır
•- Bank tərəfinfən verilmiş etibarnaməyə əsasən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Bankı Dövlət orqanları qarşında təmsil edir
•- İmzalanmış iltizama əsasən bank və kommersiya sirrinin qorunmasına əməl edir və bu məlumatların filialın digər əməkdaşları tərəfindən yayılmamasına bütün imkanlarından istifadə edərək nəzarət edir
•- Mərkəzi kredit reyestrində ərizəçilərin yoxlanılmasının bankdaxili prosedurlara əsasən həyata keçirilməsinə nəzarət edir
•- Filialın Mikrokreditlər bölməsinə dair sənədlərin mövcudluğuna, səliqəsinə və arxivləşdirilməsinə nəzarət edir
•- Rəhbərlik etdiyi bölmə tərəfindən gündəlik kredit satışlarına nəzarət edir
•- Bir başa marketinqlərin həyata keçirilməsi məqsədi ilə Mikrokreditlər bölməsinin iş qrafikini müəyyən edir, müvafiq bukletlərlə təmin edilməsinə nəzarət edir
•- Mikrokreditlər bölməsinə cəlb edilən təcrübəçilərin hazırlanmasına, onların praktika müddətində nəzəri və praktiki biliklərinin artırılmasına nəzarət edir
•- Filialda Mikrokreditlər bölməsi üzrə aparılmış bütün daxili və xarici yoxlamaların nəticəsində aşkar edilmiş nöqsan və çatışmamazlıqlar barədə yazılı hesabat verir, onların qoyulmuş vaxt ərzində aradan qaldırılmasını təmin edir
•- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.Yumşaq bacarıqlarDigər şərtlər- Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.- Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir. Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!