•Şirkətin marketinq strategiyasının və illik marketinq planının hazırlanmasında və icrasında iştirak etmək. Məhsul və xidmətlərin bazarda tanıdılması üçün marketinq kampaniyalarını planlaşdırmaq və koordinasiya etmək. Bazar, rəqiblər və müştəri davranışları üzrə araşdırmalar aparmaq, nəticələr əsasında təkliflər hazırlamaq. Satış komandasını marketinq materialları və bazar məlumatları ilə dəstəkləmək. Reklam kampaniyalarının planlaşdırılması, icrasının koordinasiyası və nəticələrinin təhlilini həyata keçirmək. Reklam agentlikləri, dizayn studiyaları, media tərəfdaşları və digər xidmət təminatçıları ilə əməkdaşlığı idarə etmək. Şirkətin korporativ veb-saytının məzmununun yenilənməsini və inkişafını koordinasiya etmək. Şirkətin sosial media platformalarının kontent planının hazırlanmasını, paylaşım prosesini və agentliklərlə işin koordinasiyasını təmin etmək. Foto, video, broşür, kataloq, təqdimat, korporativ hədiyyələr və digər reklam-tanıtım materiallarının hazırlanmasını təşkil etmək. Yerli və beynəlxalq sərgilərin, konfransların, forumların və korporativ tədbirlərin planlaşdırılması və təşkilini koordinasiya etmək. Korporativ Sosial Məsuliyyət (CSR) layihələrinin planlaşdırılması, icrası və kommunikasiya fəaliyyətlərini idarə etmək. Brend standartlarına uyğun olaraq bütün kommunikasiya materiallarının hazırlanmasına nəzarət etmək. PR, media və korporativ kommunikasiya fəaliyyətlərinin həyata keçirilməsində iştirak etmək. Marketinq büdcəsinin icrasına nəzarət etmək və görülən işlər üzrə mütəmadi hesabatlar hazırlamaq. Marketinq fəaliyyətlərinin effektivliyini KPI-lar əsasında ölçmək və optimallaşdırma təklifləri vermək. Rəhbərlik tərəfindən verilən digər marketinq layihələrinin və tapşırıqlarının icrasını təmin etmək. Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil. Marketinq sahəsində minimum 3-5 il iş təcrübəsi. Korporativ marketinq, brend idarəçiliyi və tədbirlərin təşkili sahəsində praktiki təcrübə. Rəqəmsal marketinq və sosial media platformaları üzrə biliklər. Veb-sayt idarəçiliyi (WordPress və ya oxşar CMS-lərlə işləmək üstünlükdür). Reklam agentlikləri və digər podratçılarla iş təcrübəsi. Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı (Excel, PowerPoint, Word). Google Analytics, Meta Business Suite, Google Ads və digər marketinq alətləri ilə işləmək bacarığı üstünlükdür. Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək (rus və türk dili üstünlükdür). Güclü yazılı və şifahi ünsiyyət bacarığı. Layihələrin idarə edilməsi və vaxtın effektiv planlaşdırılması bacarığı. Analitik düşünmə, yaradıcılıq və təşəbbüskarlıq. Komandada işləmək və eyni vaxtda bir neçə layihəni idarə etmək bacarığı.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.