•Mühasibat uçotunun gündəlik əməliyyatlarını şirkətin daxili prosedurlarına və mövcud tələblərə uyğun şəkildə həyata keçirmək. Elektron qaimə-fakturaların hazırlanmasını, uçota alınmasını və aidiyyəti üzrə göndərilməsini həyata keçirmək. Təchizat, satış, anbar və digər aidiyyəti şöbələrlə əlaqəli şəkildə işləyərək sənəd dövriyyəsinin düzgün təşkilini təmin etmək. 1C proqramında mühasibat əməliyyatlarının düzgün və vaxtında işlənilməsini təmin etmək. Daxil olan elektron qaimələri yoxlamaq və 1C proqram təminatının müvafiq bölmələrinə daxil etmək. Mal-material hərəkətləri üzrə daxilolma və çıxış əməliyyatlarının mühasibat sistemində düzgün əks etdirilməsinə nəzarət etmək. Onlayn bankçılıq sistemləri vasitəsilə ödəniş əməliyyatlarını hazırlamaq və icrasını təmin etmək. Bank əməliyyatlarını 1C proqramında düzgün şəkildə əks etdirmək. Cari ödənişlər üzrə sənədləri yoxlamaq, sistemləşdirmək və ödənişlərin vaxtında icrasını təmin etmək. Debitor və kreditor hesablaşmalarına gündəlik nəzarət etmək, üzləşmə aktlarını hazırlamaq və hesablaşmalar üzrə yaranan uyğunsuzluqları aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə aradan qaldırmaq. Alış və satış əməliyyatları üzrə sənədlərin düzgünlüyünü yoxlamaq və mühasibat uçotunda əks etdirilməsini təmin etmək. Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanmasını və müvafiq uçotunun aparılmasını təmin etmək. Xarici tədarükçülərdən alınan mallar üzrə gömrük bəyannamələrini və əlaqəli sənədləri 1C proqramına işləmək. Xaricdən idxal olunan malların maya dəyərinin əlavə xərclər nəzərə alınmaqla formalaşdırılmasını təmin etmək. Əsas vəsaitlərin və mal-material ehtiyatlarının uçotunu aparmaq, inventarlaşma prosesində iştirak etmək, nəticələri təhlil etmək və aşkar edilən fərqlərin uçotda düzgün əks etdirilməsini təmin etmək. İlkin mühasibat sənədlərinin hazırlanmasını, yoxlanılmasını və qeydiyyatını həyata keçirmək, sənədlərin sistemli şəkildə saxlanılmasını və arxivləşdirilməsini təmin etmək. Rəhbərliyin və aidiyyəti şəxslərin sorğuları əsasında zəruri məlumatları, sənədləri və arayışları hazırlamaq və təqdim etmək. Xaricdən idxal olunan malların maya dəyərinin formalaşdırılmasını təmin etmək. Vəzifə fəaliyyəti ilə bağlı əməkdaşların sorğularını cavablandırmaq və aidiyyəti şöbələrlə koordinasiyalı işləmək. İş prosesində maliyyə və kommersiya məlumatlarının məxfiliyini qorumaq. Öhdəsinə düşən digər əmək funksiyalarını yerinə yetirmək. Analitik düşüncə və təhlil bacarığına malik olmaq. BTP, 1C (ERP), Excel və Word proqramlarından yaxşı istifadə etmək. E-taxes.gov.az və stat.gov.az portallarından istifadə bacarığına malik olmaq. ACCA FA (Financial Accounting) sertifikatının olması üstünlükdür .
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.