•Qrup şirkətlərimizdən biri olan CCN İnşaat -ın Azərbaycanın Bakı şəhərində həyata keçirdiyi Olive Bay Layihəsi üçün Keyfiyyət Mühəndisi (Tikinti Sahəsi üzrə) vəzifəsinə peşəkar namizəd axtarırıq. Ümumi tələblər İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsilə malik olmaq
•Keyfiyyətə nəzarət (QA/QC) sahəsində oxşar vəzifədə minimum 5–15 il iş təcrübəsinə malik olmaq
•Betonarme, infrastruktur (altyapı), incə tikinti işləri və fasad işləri üzrə təcrübəyə malik olmaq
•Texniki sənədləri oxuyub-anlamaq və yazışmalar aparmaq səviyyəsində ingilis dili biliyinə malik olmaq
•Microsoft Office proqramlarını və AutoCAD proqramını sərbəst istifadə etmək bacarığına malik olmaq
•Kompüter biliklərinə yüksək səviyyədə yiyələnmiş olmaq
•Komanda ilə işləmək, analitik düşünmək və problemlərin həllinə yönümlü yanaşma nümayiş etdirmək
Üstünlük verilir
•ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi üzrə Daxili Auditor (Internal Auditor) sertifikatına malik namizədlərə. İşin təsviri Tikinti işlərinin layihə, texniki spesifikasiyalar və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək
•Betonarme, infrastruktur, incə işlər və fasad işləri üzrə keyfiyyət yoxlamalarını həyata keçirmək
•Giriş materiallarının, görülən işlərin və tamamlanmış mərhələlərin keyfiyyətə uyğunluğunu yoxlamaq
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Uyğunsuzluqları müəyyən etmək, müvafiq hesabatları hazırlamaq və düzəldici tədbirlərin icrasına nəzarət etmək
•Keyfiyyət yoxlama protokollarını, hesabatları və digər texniki sənədləri hazırlamaq və arxivləşdirmək
•Podratçı və subpodratçıların işlərinin keyfiyyət tələblərinə uyğunluğunu izləmək
•Layihə komandası ilə koordinasiyalı işləyərək keyfiyyət standartlarının tətbiqini təmin etmək
•ISO 9001 və şirkətin keyfiyyət prosedurlarına uyğun fəaliyyət göstərmək. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Keyfiyyət Mühəndisi" qeyd etməklə ibabayeva@ccninsaat.com elektron poçt ünvanına göndərə bilərlər.