İş şəraiti İşəgötürən: Eden Agro MMC Struktur: Kommersiya, Satış və Marketinq departamenti Birbaşa rəhbər: Kommersiya, Satış və Marketinq departamentinin rəhbəri İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18
•00)
•Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri
•Şirkətin kommersiya və marketinq strategiyasının hazırlanmasında iştirak etmək, strateji və operativ biznes planlarının hazırlanmasına dəstək vermək. Yeni biznes layihələrini idarə etmək, onların planlaşdırılması, icrası və nəticələrinin monitorinqini həyata keçirmək. Bazarın, rəqiblərin, müştəri tələbatının və iqtisadi mühitin davamlı araşdırılması və təhlilini aparmaq, rəhbərliyə analitik hesabatlar təqdim etmək. Potensial müştəriləri və yeni biznes imkanlarını müəyyən etmək, yerli və xarici tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirmək. Müştərilərin ehtiyaclarına uyğun kommersiya təklifləri, təqdimatlar və təklif paketləri hazırlamaq və təqdim etmək. Yeni məhsul və xidmətlərin hazırlanması, bazara çıxarılması və təşviqi üzrə marketinq fəaliyyətlərini planlaşdırmaq və koordinasiya etmək. Marketinq planlarını hazırlamaq, reklam və təşviqat kampaniyalarının təşkili və icrasını təmin etmək. Reklam və media tərəfdaşları ilə əməkdaşlıq qurmaq, təklifləri qiymətləndirmək, müqavilələrin icrasına nəzarət etmək, şirkətin internet saytı və sosial media platformalarının marketinq fəaliyyətlərini koordinasiya etmək. Marketinq büdcəsinin səmərəli istifadəsini təmin etmək və marketinq xərclərinin optimallaşdırılması ilə bağlı təkliflər vermək. Məhsul və xidmətlərin satışını artırmaq məqsədilə yeni satış kanallarını və inkişaf imkanlarını müəyyən etmək. Müştəri məmnuniyyətinin və loyallığının artırılması məqsədilə sorğular keçirmək, nəticələri təhlil etmək və təkmilləşdirmə tədbirləri hazırlamaq. Görülmüş işlər, bazar vəziyyəti, satış və marketinq fəaliyyətləri üzrə həftəlik, aylıq və illik hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək. Biznes proseslərinin təkmilləşdirilməsi, şirkətin korporativ imicinin gücləndirilməsi və kommersiya fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təkliflər vermək. Fəaliyyəti zamanı aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyi məlumatlandırmaq, onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq və aidiyyəti struktur bölmələri ilə səmərəli əməkdaşlıq etmək. Əmək, əməyin mühafizəsi, sağlamlıq, təhlükəsizlik və ətraf mühit üzrə daxili qayda və prosedurlara riayət etmək, peşəkar bilik və bacarıqlarını davamlı inkişaf etdirmək.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Kommersiya və marketinq inkişafı üzrə mütəxəssis | Eden Agro - Jobera
Vəzifə tələbləri
•Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə olunması, Marketinq və ya əlaqəli sahə)
•Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
•Marketinq alətləri və strategiyaları üzrə biliklər (SMM, SEO, PPC və s.)
•Müştəri münasibətlərinin uzunmüddətli idarə olunması
•Yeni bazarlara çıxış strategiyalarının hazırlanması Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı
•Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik
•Azərbaycan dili səlis, İngilis səlis, rus dili yaxşı
•1C / ERP, MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik
•Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
•Peşəkar və liderlik inkişaf proqramları
•Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
•Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
•Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
•Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
•Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı. Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Kommersiya və marketinq inkişafı üzrə mütəxəssis” qeyd edərək hr@edenagro.az elektron ünvanına göndərilməsi xahiş olunur.