•Sifarişlərin istehsal, ödəniş, yüklənmə, çatdırılma və təhvil mərhələlərinin izlənilməsi
•Təchizatçılar və tərəfdaşlarla davamlı işgüzar əlaqələrin saxlanılması
•Satınalmalar üzrə məlumatların sistemləşdirilməsi, hesabatların hazırlanması və son icra tarixlərinə nəzarət. Namizədə tələblər Satınalma, tender və ya oxşar vəzifədə minimum 1 il iş təcrübəsi
•Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində minimum intermediate səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
•Incoterms qaydaları, beynəlxalq logistika və idxal prosesləri haqqında biliklər
•Texniki spesifikasiyaları, kataloqları və avadanlıqların texniki xüsusiyyətlərini anlama və müqayisə etmə bacarığı
•Excel, Word və digər ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı
•Böyük həcmli məlumatlarla işləmək, qiymət və kommersiya göstəricilərini analiz etmək bacarığı
•Yüksək diqqətlilik, məsuliyyət, danışıqlar aparmaq və sıx deadline şəraitində işləmək bacarığı. İş şəraiti Ofis Babək Plaza-da, Xətai metrosunun yaxınlığında yerləşir
•Nahar şirkət tərəfindən təmin edilir
•Şirkət tərəfindən iş noutbuku, telefon və korporativ nömrə təmin olunur
İş rejimi
•5/2
•İstirahət və bayram günləri istisna olmaqla həftəlik 40 iş saatı
•İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, əmək müqaviləsi əsasında rəsmiləşdirilir. CV-nizi z.ibadli@ccp.az elektron poçt ünvanına göndərə bilərsiniz. Yalnız vakansiyada qeyd olunan tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.