•Şüşə butulkalarının formalaşdırılması prosesini texnoloji təlimatlara uyğun idarə etmək və istehsalın fasiləsizliyini təmin etmək
•İstehsal avadanlıqlarının iş rejimini, istehsal parametrlərini və texniki vəziyyətini davamlı izləmək, normadan kənar halları vaxtında aşkar edərək aidiyyəti şəxslərə məlumat vermək
•Şüşə məmulatlarının forma, ölçü, divar qalınlığı, boyun hissəsi və digər keyfiyyət göstəricilərinə vizual nəzarət etmək, qüsurlu məhsulların yaranma səbəblərinin aradan qaldırılmasına dəstək olmaq
•Qəliblərin, boyun halqalarının və digər formalaşdırıcı elementlərin düzgün işləməsinə nəzarət etmək, format dəyişdirilməsi işlərində iştirak etmək
•Avadanlıqların gündəlik texniki baxışını həyata keçirmək, sadə nasazlıqları aradan qaldırmaq, mürəkkəb nasazlıqlar barədə texniki xidmət əməkdaşlarını məlumatlandırmaq
•Feeder, konveyer, soyutma və digər köməkçi sistemlərin işini izləmək, yaranan problemləri operativ şəkildə bildirmək
•Xammal və köməkçi materiallardan səmərəli istifadə olunmasını təmin etmək, istehsal itkilərinin və qüsurlu məhsul faizinin minimum səviyyədə saxlanılmasına dəstək olmaq
•Şüşə butulkalarının ölçülərinə uyğun karton qutuları, salafan və digər qablaşdırma materiallarını hazırlamaq
•Taxta paletlərin hazırlanmasını, təmirini və istifadəyə yararlı vəziyyətdə saxlanılmasını təmin etmək
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Məhsulun paletlərə düzgün yerləşdirilməsini, hava yastıqları və digər qoruyucu qablaşdırma elementlərinin düzgün tətbiqini, şrinkləmə prosesinin keyfiyyətlə icrasını təmin etmək
•Hazır məhsulun təhlükəsiz daşınması və saxlanılması üçün qablaşdırma prosesinə nəzarət etmək
•Qablaşdırma materiallarının ehtiyatına nəzarət etmək, çatışmazlıq hallarında məsul şəxsləri məlumatlandırmaq
•İstehsalat sanitariyası, əməyin mühafizəsi, təhlükəsizlik və daxili nizam-intizam qaydalarına ciddi riayət etmək.
Tələblər
•Texniki peşə, orta ixtisas və ya ali təhsil
•İstehsalat sahəsində iş təcrübəsi üstünlükdür
•İstehsalat avadanlıqları ilə işləməyə maraq
•Texniki biliklərə yiyələnmək və yeni prosesləri öyrənmək bacarığı
•Məsuliyyətli, diqqətli və intizamlı olmaq
•Komanda ilə işləmək bacarığı
•Növbəli iş rejimində işləmək imkanı.
İş şəraiti: İş qrafiki
•Növbəli
İş yeri
•Sumqayıt
•Nahar əvəzi ödənilir
•Servis xidməti mövcuddur
•Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
Müraciətlər həftə içi 5 gün, saat 08:00–17
•00 aralığında Vatsap vasitəsilə qəbul olunur.
Müraciət üçün
•Müraciət zamanı ad, soyad, yaş və yaşayış yerini qeyd etməyiniz xahiş olunur.
Vatsap
•010 236 08 17 – Kadrlar şöbəsi
İstehsalat Xətti Operatoru-Sumqayıt | Glassica - Jobera