İş şəraiti Ünvan: Sumqayıt şəhəri Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək İş qrafiki: 5 günlük iş həftəsi Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı Vəzifə öhdəlikləri
•Müqavilələrin, sazişlərin və daxili hüquqi sənədlərin hazırlanması, nəzərdən keçirilməsi və müvafiq düzəlişlərin edilməsi
•Korporativ sənədlər və əməliyyatlar üzrə hüquqi yoxlamaların aparılması
•Qanunvericilik və tənzimləyici dəyişikliklərin mütəmadi izlənilməsi
•Hüquqi sənədlərin və iş fayllarının sistemli şəkildə təşkili, saxlanılması və arxivləşdirilməsi
•Korporativ qeydlərin aparılması, idarə heyəti və səhmdar qətnamələrinin hazırlanması
•Şirkətin dövlət orqanlarında, məhkəmələrdə və icra qurumlarında təmsil olunması
•Əmək hüququ, korporativ idarəetmə və digər sahəvi tənzimləmələrə uyğunluğun təmin edilməsi məqsədilə müxtəlif şöbələrlə əməkdaşlıq
•Biznes fəaliyyətləri üçün tələb olunan icazə və lisenziyaların alınmasında, həmçinin müvafiq dövlət orqanlarına müraciətlərin hazırlanmasında dəstək göstərilməsi
•İdarə heyəti qərarları, iclas protokolları və digər tənzimləyici sənədlərin hazırlanması və təqdim edilməsində iştirak.
Tələblər
•
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Korporativ hüquq sahəsində minimum 3 il iş təcrübəsi
•Azərbaycan Respublikasının mülki, vergi, gömrük, inzibati xətalar məcəllələri, həmçinin əmək, mülki-prosessual, kommersiya, miqrasiya və digər sahəvi qanunvericilik üzrə biliklər
•Hüquqi sənədlərin hazırlanması bacarığı
•Akademik hüquqi yazı və hüquqi konsepsiyaları qeyri-hüquqşünaslara izah etmə bacarığı
•Hüquqi risklərin qiymətləndirilməsi və analitik düşünmə qabiliyyəti
Namizədin şəxsi keyfiyyətləri
•Dəyişən prioritetlərə və iş şəraitinə uyğunlaşma bacarığı. Ciddi iş prinsipiallığı və hesabatlığın verilməsi
•İşin planlaşdırılması bacarığı
•İşgüzar və hüquqi yazışma bacarığı
•Fəal olması və komandada işləmək bacarığı. Maraqlanan namizədlər CV-lərini hr@aspm.almettrading.