•Maliyyə sektorunda fəaliyyət göstərən “İnternational” ASC Bakı şəhəri və region filialları üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. Satış sahəsində karyera qurmaq və maliyyə sektorunda inkişaf etmək istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
I Kateqoriya
•Ödənişli Təcrübə Proqramı (Təcrübəsiz namizədlər üçün) Kredit sahəsində təcrübəsi olmayan, lakin bu sahədə inkişaf etmək istəyən namizədlər üçün xüsusi proqram.
Təklif edirik: Ödənişli təcrübə proqramı Əmək haqqı: 200 AZN + 400 AZN bonus Praktiki təlim və real iş mühiti Uğurlu nəticə göstərən namizədlər üçün daimi iş imkanı II Kateqoriya: Kredit mütəxəssisi (Təcrübəli namizədlər üçün) Əsas vəzifələr: Aktiv satışın təşkili və yeni müştərilərin cəlb edilməsi Kredit portfelinin idarə olunması və keyfiyyətinə nəzarət Müştəri müraciətlərinin qəbulu, təhlili və rəsmiləşdirilməsi Kredit komitəsinə təqdimatların hazırlanması Müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması Kredit sənədlərinin düzgün və vaxtında hazırlanması Yeni məhsul və satış təşəbbüsləri ilə çıxış etmək Təklif edirik: Başlanğıc əmək haqqı: 400 – 800 AZN Bonus sistemi: 800 – 1600 AZN Karyera yüksəlişi imkanları Peşəkar və dinamik iş mühiti Ümumi tələblər: Ali və ya natamam ali təhsil Yüksək ünsiyyət və satış bacarıqları Komanda ilə və fərdi işləmə qabiliyyəti Microsoft Office proqramlarında işləmək bacarığı (Word, Excel) Bank, BOKT və ya lombard sahəsində təcrübəsi olanlara üstünlük verilir Cins: kişi (arzuolunandır) İş şəraiti: İş günləri: I – V günlər İş saatı: 09:00 – 18:00 Ünvan
•Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri filialı qeyd etməklə “Kredit üzrə mütəxəssis” başlığı altında vakansiya@icu.az elektron ünvanına göndərə bilərlər.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.