İş yeri: Sabirabad, Şirvan və Lənkəran bölgələri İş rejimi: 5 günlük iş qrafiki (09:00 – 18
•00) Vəzifə haqqında Şirkətimiz Sabirabad, Şirvan və Lənkəran zonaları üzrə fəaliyyət göstərəcək, daxili nəzarət və təftiş proseslərinin həyata keçirilməsində iştirak edəcək məsuliyyətli və peşəkar Ümumi Ərazi üzrə Təftiş Mütəxəssisi axtarır. Namizəd təhkim olunduğu bölgələrdə filial və satış nöqtələrinin fəaliyyətini şirkətin daxili qaydaları, prosedurları və standartları əsasında yoxlamalı, aşkar edilən uyğunsuzluqları təhlil edərək rəhbərliyə müvafiq hesabatlar təqdim etməlidir.
Vəzifə öhdəlikləri
•Təhkim olunmuş bölgələr üzrə filial və satış nöqtələrində planlı və plandankənar təftişlərin aparılması
•Daxili prosedur, qayda və təlimatlara əməl olunmasına nəzarət edilməsi
•Malların, sənədlərin və əməliyyatların düzgün aparılmasının yoxlanılması
•Kassa, anbar və digər əməliyyat proseslərinin mövcud qaydalara uyğunluğunun qiymətləndirilməsi
•Aşkar edilmiş nöqsan və uyğunsuzluqların sənədləşdirilməsi, səbəblərinin araşdırılması və hesabatların hazırlanması
•Təftiş nəticələrinə əsasən rəhbərliyə təklif və tövsiyələrin təqdim edilməsi
•Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması prosesinin izlənilməsi
•Daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Tərtib olunan hesabatların vaxtında və düzgün şəkildə təqdim edilməsi
•Şirkətin etik davranış qaydalarına və məxfilik prinsiplərinə riayət edilməsi.
Namizədə tələblər
•Ali təhsil
•Təftiş, audit, daxili nəzarət və ya oxşar sahədə minimum 2–3 il iş təcrübəsi
•MS Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı işləmək bacarığı
•Analitik düşünmə, yüksək məsuliyyət hissi və detallara diqqət
•Güclü ünsiyyət və problem həll etmə bacarığı
•Hesabat hazırlamaq və məlumatları təhlil etmək bacarığı
•Şəxsi minik avtomobilinin olması (mütləq).
Şirkət tərəfindən təklif olunur
•Rəqabətədavamlı əməkhaqqı
•Avtomobil və yanacaq xərclərinin şirkət tərəfindən qarşılanması
•Korporativ mobil nömrə
•Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
•Stabil iş mühiti və peşəkar komandada çalışma imkanı
Karyera inkişafı və peşəkar yüksəliş perspektivi Müraciət qaydası
•Göstərilən tələblərə cavab verən namizədlərdən cv-lərini "Ümumi Ərazi üzrə Təftiş Mütəxəssisi" qeyd etməklə cv@mazarina.az mail hesabına göndərilmələri xahiş olunur.