•Satış obyektləri üzrə komandamıza peşəkar və nəticəyönümlü “Baş aşpaz” axtarırıq.
Vəzifə öhdəlikləri: Mətbəxin gündəlik fəaliyyətini təşkil etmək və bütün istehsal prosesinə rəhbərlik etmək Müəssisənin menyusuna uyğun olaraq yeməklərin hazırlanması prosesinə nəzarət etmək Hazırlanan yeməklərin keyfiyyətini, dadını, görünüşünü və təqdimat standartlarını təmin etmək İstehsal planına uyğun olaraq iş bölgüsünü aparmaq və mətbəx heyətinin fəaliyyətini koordinasiya etmək Xammalın qəbulunu, keyfiyyətini və düzgün saxlanmasını nəzarətdə saxlamaq Xammal və hazır məhsulların istifadəsinə, məhsul itkisinin və tullantıların minimuma endirilməsinə nəzarət etmək Məhsulların resepturalara və texnoloji kartlara uyğun hazırlanmasını təmin etmək Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarının tam şəkildə icrasını təmin etmək Mətbəx avadanlıqlarının düzgün istifadəsinə nəzarət etmək, nasazlıqlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq Xammal, yarımfabrikat və digər ehtiyatların səmərəli istifadəsini təmin etmək Mətbəx əməkdaşlarının işə davamiyyətinə, əmək intizamına və iş keyfiyyətinə nəzarət etmək Yeni əməkdaşların iş prosesinə uyğun təlimatlandırılmasını və peşəkar inkişafını təşkil etmək Mətbəxin təmizliyinə, inventarların sanitariya qaydalarına uyğun saxlanılmasına və istehsal sahəsinin səliqəsinə nəzarət etmək Gündəlik istehsal və məhsul sərfiyyatı üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək Təchizat, Anbar və digər aidiyyəti şöbələrlə operativ əməkdaşlığı təmin etmək Menyunun hazırlanması, yenilənməsi və yeni yeməklərin hazırlanması ilə bağlı təkliflər vermək Müştəri məmnuniyyətinin artırılması məqsədilə yeməklərin keyfiyyətini daim təhlil etmək və təkmilləşdirmək Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət olunmasını təmin etmək Müəssisə rəhbərliyinin verdiyi digər xidməti tapşırıqları vaxtında və düzgün yerinə yetirmək Namizədə tələblər: Aşpazlıq, qida texnologiyası və ya müvafiq sahə üzrə ali və ya peşə təhsili Müvafiq vəzifədə 3–5 il iş təcrübəsi Menyu hazırlanması, reseptlərin tərtibi bacarığı Mətbəx heyətini idarəetmə, iş bölgüsü aparma və komandaya rəhbərlik etmə bacarığı Xammalın, məhsul sərfiyyatının və istehsal prosesinin effektiv idarə olunması bacarığı Operativ qərarvermə, məsuliyyətlilik və yüksək təşkilatçılıq bacarığı Dəqiqlik, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlü iş prinsiplərinə malik olmaq İş şəraiti: İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günüdür) Əmək haqqı: Minimum 2000 Azn ( yekun olaraq namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə əsasında müəyyən ediləcəkdir) İş yeri: TAİS - İKF MMC Biz təklif edirik
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Dinamik və inkişaf yönümlü iş mühiti Böyüyən şəbəkədə karyera imkanları Maraqlanan namizədlər öz CV-lərini shahnaz.agamirzayeva@tais-ikf.az elektron poçt ünvanına göndərə bilərlər.