•“Rabalon” MMC – İKT, İT inteqrasiya və proqram təminatı həlləri sahəsində fəaliyyət göstərən, dinamik inkişaf edən şirkətdir. Komandamızın fəaliyyətini genişləndirmək məqsədilə təcrübəli və liderlik keyfiyyətlərinə malik Satış Rəhbəri axtarışındayıq.
Vəzifə öhdəlikləri: Satış Strategiyasının Qurulması
•Şirkətin İT inteqrasiya xidmətləri və məhsulları üzrə qısamüddətli və uzunmüddətli B2B satış strategiyalarını hazırlamaq və icra etmək.
Komandanın İdarə Edilməsi
•Satış komandasını formalaşdırmaq, motivasiya etmək, onlara fərdi və komanda hədəfləri (KPI) təyin edərək fəaliyyətlərini mütəmadi qiymətləndirmək.
B2B Müştəri Münasibətləri
•İri korporativ müştərilər, dövlət və özəl sektor tərəfdaşları ilə mövcud əlaqələri gücləndirmək, yeni potensial müştərilərin qazanılması prosesinə rəhbərlik etmək.
Tərəfdaşlarla Əlaqələr
•Beynəlxalq İT vendorları və distribütorları ilə tərəfdaşlıq əlaqələrinin qurulması və qorunmasında yaxından iştirak etmək.
Görüşlər və Danışıqlar
•Yüksək səviyyəli korporativ görüşlər keçirmək, kommersiya təkliflərinin (RFP/RFQ) hazırlanmasına nəzarət etmək və irihəcmli müqavilələrin şərtlərini yekunlaşdırmaq.
Analitika və Hesabatlılıq
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Satış proqnozlarını, bazar trendlərini və rəqib fəaliyyətlərini analiz edərək rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Namizədə dair tələblər: Təhsil
•Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, İKT və ya İqtisadiyyat sahəsində).
İş Təcrübəsi
•Satış sahəsində minimum 3-5 il təcrübə (B2B satış və komanda idarəetməsində təcrübə mütləqdir).
Sənaye Təcrübəsi
•İT inteqrasiya, proqram təminatı, İKT və ya texnoloji həllərin satışı sahəsində təcrübəsi olan namizədlərə mütləq üstünlük veriləcəkdir.
Dil Bilikləri
•Azərbaycan, İngilis və Rus dillərini mükəmməl səviyyədə (həm yazılı, həm şifahi) bilmək.
Kompüter Bilikləri
•MS Office (xüsusilə Excel) və CRM sistemləri ilə sərbəst işləmək bacarığı.
Şəxsi Keyfiyyətlər
•Güclü liderlik və komandanı motivasiya etmə bacarığı, analitik düşüncə, yüksək səviyyəli təqdimat və danışıqlar aparmaq qabiliyyəti.
İş şərtləri: İş qrafiki: 5 günlük, 09:00 - 18:00 Nahar fasiləsi: 13:00 - 14:00 İstirahət günləri: Şənbə və bazar Şirkət tərəfindən təklif olunur: Əmək haqqı
•3000 AZN Net + Satışdan bonus (KPI əsaslı) İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı
•Şirkət tərəfindən təmin olunan nahar
•Korporativ nömrə və danışıq limiti. Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış Rəhbəri (Head of Sales)” yazaraq hr@rabalon.com elektron ünvanına göndərmələri xahiş olunur.
Qeyd
•Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.