•Tələblər Ali təhsil (maliyyə, mühasibat uçotu, audit və ya iqtisadiyyat sahəsində). iqtisadiyyat sahəsində ali təhsil və mühasibatlıq sahəsində azı 2 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatının olması. Minimum 5 il mühasibatlıq sahəsində, o cümlədən ən azı 3 il maliyyə sektorunda (BOKT, bank və ya maliyyə qurumu) iş təcrübəsi. Beynəlxalq mühasibat standartları (IFRS) və milli uçot standartları üzrə nəzəri və praktik biliklər. Vergi qanunvericiliyi, mühasibat uçotu standartları, Mərkəzi Bankın normativ sənədləri və BOKT-lar haqqında qanunvericilik üzrə biliklər. Maliyyə hesabatlarının tərtibində, büdcələşmədə və xərclərə nəzarətdə praktiki bacarıqlar. MS Office proqramları, bank-mühasibat proqramları ilə işləmə bacarığı. Analitik təhlil qabiliyyəti, hesabatlılıq və operativ qərarvermə bacarığı. Yüksək məsuliyyət, dəqiqlik və dürüstlük. Komandada işləmək və rəhbərlik etmək bacarığı. Kommunikasiya və təqdimat bacarıqları. Baş Mühasibin - Öhdəlikləri Cəmiyyətin mühasibat uçotu sisteminin təşkili və aparılmasına ümumi rəhbərlik
•Maliyyə əməliyyatlarının qanunvericiliyə və daxili qaydalara uyğunluğunun təmin edilməsi
•Maliyyə hesabatlarının (balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti və s.) hazırlanmasına rəhbərlik və təsdiq üçün təqdim edilməsi
•Vergi öhdəliklərinin düzgün hesablanması və vaxtında yerinə yetirilməsinə nəzarət
•Büdcələşdirmə və maliyyə planlaşdırılması proseslərinin təşkili
•Nağd və qeyri-nağd pul vəsaitlərinin idarə olunmasına nəzarət
•Bank hesabları üzrə əməliyyatların və likvidliyin idarə olunması
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Daxili nəzarət və risklərin idarə olunması mexanizmlərinin tətbiqi
•Maliyyə intizamının təmin edilməsi və nəzarət prosedurlarının gücləndirilməsi
•Əsas vəsaitlərin, ehtiyatların və digər aktivlərin uçotunun düzgün təşkilinə nəzarət
•Debitor və kreditor borclarının idarə olunması
•Daxili və xarici audit yoxlamaları ilə qarşılıqlı əməkdaşlıq və məlumatların təqdim edilməsi
•Azərbaycan Respublikasının Mərkəzi Bankı və digər dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına nəzarət
•Maliyyə siyasətinin və prosedurlarının hazırlanması və tətbiqi
•Şirkətin maliyyə dayanıqlığının və rentabelliyinin təhlili
•Rəhbərliyə maliyyə vəziyyəti ilə bağlı mütəmadi hesabatların təqdim edilməsi
•Tabeliyində olan əməkdaşların fəaliyyətinin təşkili və qiymətləndirilməsi. Əmək haqqı Razılaşma əsasında. Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Baş mühasib” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını, aysun.rustamova@finexkredit.az elektron poçt ünvanına göndərə bilərlər.