•Vəzifə öhdəlikləri Mədən sahələrində müntəzəm ekoloji monitorinq və yoxlamalar aparmaq
•Şirkətin fəaliyyətinin ekoloji qanunvericiliyə, normativ tələblərə və ekoloji icazələrin şərtlərinə uyğunluğunu izləmək
•Torpaq, yerüstü və yeraltı suların, hava keyfiyyətinin və tullantıların idarə olunması üzrə monitorinq işlərini həyata keçirmək
•Ekoloji riskləri müəyyən etmək, uyğunsuzluqları aşkar etmək və onların aradan qaldırılması üçün tədbirlər təklif etmək
•Daxili və xarici ekoloji auditlərdə iştirak etmək
•Rekultivasiya, eroziyaya qarşı mübarizə, ətraf mühitin bərpası və mühafizəsi tədbirlərinə nəzarət etmək
•Toplanmış ekoloji məlumatları qeydiyyata almaq, təhlil etmək və müvafiq hesabatlar hazırlamaq
•Ekoloji hadisələrin araşdırılmasında və zərurət yarandıqda fövqəladə hallara cavab tədbirlərində iştirak etmək
•Topoqrafik xəritələri, mühəndislik çertyojlarını, kəsikləri və icazə sənədlərini təhlil etmək
•Ətraf mühitin mühafizəsi sahəsində şirkət daxili prosedur və qaydalara əməl olunmasına dəstək vermək. Tələblər Təbiət və ya tətbiqi elmlər, Ekologiya, Ekologiya Mühəndisliyi, Mədən Mühəndisliyi, Geologiya, Hidrometerologiya, Aqronomiya, Meşəçilik, Biologiya, Əməyin Mühafizəsi və ya digər əlaqəli ixtisaslar üzrə bakalavr təhsili
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Ekologiya, ətraf mühitin idarə olunması, ekoloji monitorinq və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi
•Ekoloji qanunvericilik və mədən sənayesində tətbiq olunan ekoloji tələblər barədə biliklər
•Ekoloji monitorinq, yoxlamalar, auditlər və uyğunluq prosesləri barədə anlayış
•Eroziyaya nəzarət, rekultivasiya, yerüstü və yeraltı suların mühafizəsi sahəsində biliklər
•Topoqrafik xəritələri, mühəndislik planlarını və texniki sənədləri oxumaq və şərh etmək bacarığı
•Analitik düşünmə, problem həll etmə və hesabat hazırlama bacarığı
•MS Office proqramlarında sərbəst işləmək bacarığı
•Google Earth, QGIS və ekoloji monitorinq avadanlıqları ilə işləmək bacarığı üstünlük hesab olunur
•İngilis dili biliyi üstünlükdür
•Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir.
İş yeri və şəraiti İş yeri
•Gədəbəy və Ağdərə, Azərbaycan
İş qrafiki
•Növbəli iş qrafiki
•Yaşayış yeri şirkət tərəfindən təmin edilir. Qeyd olunan tələblərə uyğun olan namizədlərin CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə jobs@aimc.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.