•Resant Hotels komandamıza yaradıcı baxışa və güclü vizual zövqə sahib Motion və Qrafik Dizayner axtarır. Əgər dizayn vasitəsilə hekayələr danışmağı, brendləri vizual olaraq inkişaf etdirməyi və dinamik məzmun yaratmağı sevirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq. Əsas vəzifələr Sosial media platformaları və digər marketinq materialları üçün kreativ dizaynların hazırlanması
•Reklam kampaniyaları və sosial media üçün motion qrafika, animasiya və qısa video məzmunların yaradılması
•Marketinq komandası ilə birlikdə kampaniya, tədbir və promo layihələri üçün kreativ konseptlərin hazırlanmasında iştirak
•Brend standartlarına uyğun vizual materialların hazırlanması və inkişaf etdirilməsi. Namizəddən gözləntilərimiz Qrafik dizayn və motion dizayn sahəsində, restoran və ya hotel sektorunda minimum 3 il iş təcrübəsi
•Adobe Photoshop, Illustrator, InDesign, After Effects və Premiere Pro proqramlarını yüksək səviyyədə bilmək
•Güclü portfolio təqdim etmək
•Yaradıcılıq, detallara diqqət və yüksək vizual zövq
•Vaxtın effektiv idarə olunması və eyni anda bir neçə layihə üzərində işləmək bacarığı
•Komanda ilə effektiv əməkdaşlıq və ünsiyyət bacarığı. Motion və Qrafik Dizayner vəzifəsinə müraciət etmək istəyirsinizsə, CV-nizi mövzu hissəsində (Subject) "Motion və Qrafik Dizayner" qeyd etməklə hr_recruitment@resanthotels.az elektron poçt ünvanına göndərin.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.