•Agha Financial Services MMC mühasibatlıq, vergi, maliyyə və biznes konsultasiya xidmətləri sahəsində fəaliyyət göstərən peşəkar consulting şirkətidir. Şirkətimizin genişlənən fəaliyyət istiqamətləri və artan müştəri portfeli ilə əlaqədar komandamıza məsuliyyətli və inkişaf yönümlü Mühasib-Operator tələb olunur.
Vəzifə öhdəlikləri Gündəlik maliyyə əməliyyatlarının proqram təminatına işlənməsi Alış, satış və anbar sənədlərinin uçota alınması Elektron qaimə-faktura və hesab-fakturaların hazırlanması Bank və kassa əməliyyatlarının qeydiyyatı Debitor və kreditor hesablaşmalarının izlənməsi Mühasibat sənədlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi Vergi və maliyyə hesabatları üçün ilkin məlumatların hazırlanması Müştəri sənədlərinin düzgünlüyünün yoxlanılması Namizədə tələblər Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi 1C proqramında işləmə bacarığı MS Excel proqramını əla səviyyədə bilməli Elektron vergi portalı və e-qaimə sistemi ilə işləmə təcrübəsi Analitik düşünmə qabiliyyəti Diqqətlilik və məsuliyyətlilik Komandada işləmək bacarığı Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti İş şəraiti İş qrafiki: Həftə içi 5 iş günü İş saatı: 09:00 – 18:00 Əmək haqqı: 500 AZN İş yeri
•Bakı şəhəri Rəsmi əmək müqaviləsi Karyera və inkişaf imkanları Təklif edirik Professional consulting mühitində çalışma imkanı Müxtəlif sahələr üzrə praktiki təcrübə Stabil və uzunmüddətli əməkdaşlıq Peşəkar inkişaf və təlim imkanları Korporativ iş mühiti və dəstəkləyici komanda Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib-Operator” qeyd etməklə agha.fs.010@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.