•Şpris istehsalı müəssisəs (Diamed Co) Iş yeri Pirallahı qəsəbəsi ( servis mövcuddur) Iş qrafiki növbəli Əmək haqqı 2200-2500 azn Əsas vəzifələr Keyfiyyətə nəzarət laboratoriyasının fəaliyyətini planlaşdırmaq, təşkil etmək və idarə etmək
•Xammal, qablaşdırma materialları, yarımfabrikat və hazır məhsulların spesifikasiyalara uyğunluğunu təmin etmək
•Fiziki, kimyəvi və mikrobioloji analizlərin vaxtında və düzgün aparılmasına nəzarət etmək
•İstehsal prosesində keyfiyyət göstəricilərini izləmək və uyğunsuzluqları operativ şəkildə araşdırmaq
•Kök səbəb analizi (Root Cause Analysis), korrektiv və preventiv tədbirlərin (CAPA) hazırlanması və icrasına rəhbərlik etmək
•Daxili auditlərin təşkili və keyfiyyət sisteminin davamlı təkmilləşdirilməsini təmin etmək
•ISO 13485, GMP və müəssisədaxili prosedurların tələblərinə əməl olunmasına nəzarət etmək
•Kalibrləmə, validasiya və laboratoriya avadanlıqlarının idarə olunması proseslərini koordinasiya etmək
•Keyfiyyət göstəricilərinə dair hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
•Keyfiyyətə nəzarət əməkdaşlarının işini koordinasiya etmək, onların inkişafı və təlimlərini təşkil etmək. Namizədə tələblər Ali təhsil (Əczaçılıq, Kimya, Biologiya, Biotexnologiya, Tibb mühəndisliyi və ya əlaqəli sahələr üzrə)
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Tibbi cihaz, əczaçılıq və ya steril istehsalat müəssisəsində keyfiyyətə nəzarət sahəsində minimum 5 il , rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi
•ISO 13485, GMP, GLP və risk idarəetmə prinsipləri üzrə bilik
•Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarığı
•Liderlik, komanda idarəetməsi və effektiv ünsiyyət bacarıqları
•MS Office proqramlarında sərbəst işləmək bacarığı
•İngilis dilini texniki sənədləri oxuyacaq səviyyədə bilmək üstünlükdür. Şəxsi keyfiyyətlər Məsuliyyətlilik və yüksək diqqətlilik
•Dəqiqlik və sistemli iş yanaşması
•Nəticəyönümlülük
•Etik davranış prinsiplərinə sadiqlik
•Vaxtın səmərəli idarə edilməsi bacarığı. Təklif edirik Rəqabətqabiliyyətli əməkhaqqı
•Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
•Peşəkar inkişaf və təlim imkanları
•Müasir istehsal və laboratoriya şəraitində işləmək imkanı
•Yalnız tələblərə uyğun seçilmiş namizədlərlə müsahibə mərhələsi üçün əlaqə saxlanılacaq. Maraqlanan namizədlər öz CV-lərini hr@diamed.az elektron poçt ünvanına göndərə bilərlər.
1000 AZN
Keyfiyyətə Nəzarət Rəhbəri (Quality Control Manager) | Diamed Development Group MMC - Jobera