•Vəzifə Öhdəlikləri İnzibati bina layihəsinin tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərinə və normativ tələblərə uyğun təşkil etmək və nəzarətdə saxlamaq
•Tikinti işlərinin təsdiq edilmiş iş qrafikinə uyğun icrasını təmin etmək, yaranan gecikmələrin aradan qaldırılması üçün tədbirlər görmək
•Podratçı və subpodratçı təşkilatların fəaliyyətini koordinasiya etmək
•Tikinti meydançasında görülmüş işlərin həcmlərini yoxlamaq, ölçülərin və keyfiyyət göstəricilərinin layihəyə uyğunluğunu təmin etmək
•Tikinti materiallarının, konstruksiyaların və avadanlıqların texniki tələblərə uyğunluğuna nəzarət etmək
•Görülmüş işlər üzrə aylıq və dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
•Layihə, texniki nəzarət və sifarişçi nümayəndələri ilə operativ işgüzar əlaqələri həyata keçirmək
•Tikinti meydançasında əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək
•Tikinti prosesində yaranan texniki problemləri müəyyən etmək və onların həlli ilə bağlı təkliflər hazırlamaq
•Təhvil-təslim mərhələsində iştirak etmək, obyektin istismara qəbuluna dair sənədlərin hazırlanmasını təmin etmək
•Tikinti işlərinin keyfiyyətinin qüvvədə olan tikinti norma və qaydalarına uyğunluğunu təmin etmək. Tələb Olunan Bilik və Bacarıqlar İnşaat mühəndisliyi üzrə ali təhsil
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Tikinti norma və qaydalarını, layihə-smeta sənədləri ilə işləmə qaydalarını bilmək
•AutoCAD və MS Office proqramlarında işləmək bacarığı
•Tikinti işlərinin təşkili və texniki sənədləşmə sahəsində təcrübə
•Analitik düşünmə, problem həll etmə və komanda ilə işləmək bacarığı. İş yeri və əmək haqqı Xankəndi şəhəri (Qarabağ bölgəsi) Yaşayış yeri və qida təminatı Şirkət tərəfindən qarşılanır.
Həftəlik 6 günlük iş qrafiki, əmək haqqı birinci ay net - 1500 azn Əlaqə
•051 270 66 10 Maraqlanan namizədlər öz CV-lərini t.balashov@azekon.az elektron poçt ünvanına göndərə bilərlər.