•BMY Caspian MMC komandamıza məhsul və xidmətlərimizi peşəkar şəkildə tanıdacaq, bazarı araşdıran, texniki məlumatları mənimsəyərək keyfiyyətli kontent hazırlaya bilən Marketinq Meneceri axtarırıq.
İş qrafiki: Həftədə 5 iş günü, 09:00–18
•00 Əsas vəzifələr Şirkətin məhsul və xidmətlərini dərindən öyrənmək, onların üstünlüklərini düzgün və effektiv şəkildə təqdim etmək
•Şirkət tərəfindən təşkil olunan məhsul və texniki təlimlərdə aktiv iştirak etmək
•Tikinti bazarını, rəqibləri və sektor trendlərini mütəmadi araşdırmaq
•Sosial media və digər kommunikasiya kanalları üçün kontent planı hazırlamaq və həyata keçirmək
•Məhsullar, layihələr və görülən işlərlə bağlı foto, video və mətn məzmunlarının hazırlanmasını koordinasiya etmək
•Məhsulların texniki üstünlüklərini sadə və cəlbedici formada təqdim edən kontentlər hazırlamaq
•Tanıtım materialları, təqdimatlar, broşurlar və digər marketinq məzmunlarının hazırlanmasında iştirak etmək
•Satış komandası ilə əməkdaşlıq edərək marketinq fəaliyyətlərini dəstəkləmək
•Brendin tanınmasını artıracaq yeni ideya və təşəbbüslər irəli sürmək.
Tələblər
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•tikinti və ya inşaat sektorunda təcrübə üstünlükdür
•İnşaat, mülki mühəndislik, memarlıq və ya digər əlaqəli ixtisas üzrə təhsil və ya bu sahə üzrə biliklər üstünlükdür
•Güclü araşdırma, analitik düşünmə və kontent hazırlama bacarığı
•Sosial media platformaları və rəqəmsal marketinq üzrə praktiki biliklər
•Azərbaycan və İngilis dillərini yaxşı səviyyədə bilmək (İngilis dili mütləqdir), Rus dili biliyi üstünlükdür
•MS Office proqramlarında sərbəst işləmək bacarığı
•Məsuliyyətli, təşəbbüskar, öyrənməyə açıq və komandada işləmək bacarığı.
Təklif edirik
•Əmək haqqı namizədin bilik, təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir
•Performans göstəricilərinə əsaslanan bonus sistemi
Həftədə 5 iş günü (09:00–18
•00)
•Məhsul və peşəkar inkişaf üzrə mütəmadi təlimlər
•Müasir və inkişaf edən şirkətdə uzunmüddətli karyera perspektivi
•Peşəkar və dinamik komandada çalışma imkanı. Müraciət qaydası Uyğun namizədlərdən CV-lərini " Marketinq Meneceri " başlığı (subject hissədə vakansiya adı mütləq yazılmalıdır) ilə hr@bmycaspian.com ünvanına göndərmələri xahiş olunur.