İş şəraiti Ünvan - Ziya Bünyadov 1965, Çinar Park BM, Bina 1, Mərtəbə 3 İş qrafiki - Tam iş günü (5 gün) 08:30 – 17
•30 Əmək haqqı - Müsahibə əsasında Tələblər Ali təhsil (biznes, iqtisadiyyat, logistika, aqrar sahə və ya əlaqəli istiqamət üzrə) Meyvə-tərəvəz məhsulların satınalması, əməliyyatları sahəsində iş təcrübəsi Analitik düşüncə tərzi və satış hesabatlarının hazırlanması bacarığı Danışıqlar aparmaq və müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı Səlis Azərbaycan dili biliyi, xarici dil bilikləri üstünlükdür Ezamiyyətlərə hazırlıqlı olmaq Microsoft Excel proqramında sərbəst işləmək bacarığı Vəzifə öhdəlikləri Yerli bazar üzrə satış əməliyyatlarını izləmək və koordinasiya etmək Müştəri sifarişlərinin qəbulunu və icrasını nəzarətdə saxlamaq Satış və anbar əməliyyatları arasında koordinasiyanı həyata keçirmək Məhsul mövcudluğunu və qalığını gündəlik olaraq izləmək Qiymət dəyişikliklərini və bazar tendensiyalarını müntəzəm izləmək Günlük, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq Satış göstəricilərini analiz edərək rəhbərliyə təqdim etmək Müştəri şikayətlərinin operativ həllində fəal iştirak etmək Satış prosesindəki gecikmə və riskləri müəyyən edib lazımi tədbirlər görmək Yeni satış imkanlarının araşdırılmasına və müştəri bazasının genişləndirilməsinə dəstək vermək Logistika və çatdırılma proseslərinin düzgün icrasını izləmək Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Fresh üzrə kateqoriya meneceri” yazaraq hr@aisco.az elektron poçt ünvanına göndərə bilərlər.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.