İş yeri: Ələt İqtisadi Azad Zona Tələb olunan sertifikatlar və ixtisaslaşma
•Carbon Steel və Stainless Steel boruların qaynağı üzrə etibarlı qaynaqçı sertifikatı
•6G və ya 6GR qaynaq mövqeyi üzrə sertifikat (mütləq)
•TIG (GTAW) və SMAW (Stick) qaynaq üsulları üzrə etibarlı kvalifikasiya (WQT vərəqəsi)
•OSHA və ya NEBOSH təhlükəsizlik standartları üzrə ümumi bilik (müvafiq sertifikatların olması üstünlükdür).
İş təcrübəsi və biliklər
•Neft-qaz (Oil & Gas) və ya sənaye tikintisi sahəsində minimum 3–5 il iş təcrübəsi
•EPC layihələrinin prosedurları, standartları və QA/QC (Keyfiyyətə Təminat/Keyfiyyətə Nəzarət) tələblərinə uyğun işləmək təcrübəsi
•Yanğınsöndürmə sistemləri, köpük (Foam) xətləri və yüksək təzyiqli boru kəmərlərinin quraşdırılması üzrə təcrübə
•İzometrik çertyojları (Isometric Drawings), qaynaq xəritələrini (Weld Maps) və WPS (Welding Procedure Specification) sənədlərini sərbəst oxumaq və tətbiq etmək bacarığı.
Texniki bacarıqlar və vəzifə öhdəlikləri
•Boru birləşmələrinin qaynağa hazırlanması, təmizlənməsi və düzgün aralığın verilməsi (Fit-up)
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
TIG və SMAW üsulları ilə yüksək keyfiyyətli qaynaq işlərinin yerinə yetirilməsi
•Qaynaq tikişlərinin 100% VT (Visual Testing), RT (Radiographic Testing) və UT (Ultrasonic Testing) yoxlamalarının tələblərinə cavab verəcək keyfiyyətdə icra edilməsi
•Layihənin texniki sənədlərinə, WPS tələblərinə və təhlükəsizlik qaydalarına riayət etmək.
Fiziki və digər tələblər
•Yüksəklikdə, qapalı məkanlarda (Confined Space) və müxtəlif hava şəraitində işləmək bacarığı
•Komandada işləmək bacarığı
•Layihənin iş qrafikinə və vaxt planına riayət etmək.
Əmək haqqı
•razılaşma yoıu ilə CV və tövsiyə məktublarınızı "Qaynaqçı" başlıığı ilə hr@asprof.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.