•İstehsal sahəsinin avadanlıqlarının daima işlək vəziyyətdə saxlaması üçün təmir işlərini təşkil etmək
•Təmir-baxım planlarının, “check-list”-lərin hazırlanmasını həyata keçirmək
•Yağlanma mövqelərinin müəyyən olunaraq nəzarətdə saxlanılması
•Hər gün görüləcək işləri mexaniklərə tapşırmaq və gün ərzində icrasına nəzərət etmək
•Sexlərin rəhbərliyi ilə birlikdə avadanlıqların aylıq planlı təmir qrafikini tərtib edib baş Mexanikə təqdim etmək
•Avadanlıqların təmiri üçün lazım olan ehtiyat hissələrini müəyyənləşdirib sifarişə vermək və ehtiyat hissələrin hazırlığını təşkil etmək
•Mərkəzi anbardan təmirə lazım olan mal-materialın tələbini açıb alınmasını və gətirilməsini təşkil etmək
•İstifadə olunan mal-materialların Uyumsoft ERP proqramında silgisini aparmaq
•Təsdiqlənmiş qrafikə, əsasən avadanlıqların vaxtında saxlanmasını təmirin keyfiyyətli aparılmasını, təmirdən sonra yazılı surətdə istehsala təhvil verilməsini təşkil etmək
•Daima təmir işlərinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi
•Nizam-intizam qaydalarına riayət etmək və tabeliyində olan işçilərdən tələb etmək
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Baş mexanik və rəhbərlik tərəfindən verilmış tapşırıqları vaxtlı-vaxtında icra olunmasını təmin etmək
•İstehsal avadanlıqlarının təkmilləşdirilməsi və yenilənməsi üçün baş mexanikə təkliflər təqdim etmək
•Avadanlıqların texniki pasportları ilə tanış olmaq, ehtiyat hissələrini pasporta uyğun seçib sifarişə vermək
•Autocad proqramında işləməyi bacarmaq, verilən cizgiləri və layihələri oxumağı bacarmaq və icrasını təmin etmək
•Baş mexanik olmadıqda onun vəzifə səlahiyyətlərini icra etmək.
Namizədə tələblər: Ali təhsil: Texniki sahə üzrə (Mexanika mühəndisliyi üzrə olması üstünlükdür) İş təcrübəsi: Sahə üzrə minimum 3 il təcrübə Dil bilikləri
•Azərbaycan (əla), ingilis dili (üstünlükdür), rus dili bilməsi əlavə üstünlükdür .
Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər İş qrafiki: 5 günlük iş qrafiki İş saatı: 09:00-18:00 Əmək haqqı: Namizədin bilik və bacarığına əsəsən təyin olunur Üstünlüklərimiz
•Nahar təminatı Servis təminatı Könüllü tibbi sığorta Korporativ nömrə və danışıq limiti Tələblərə cavab verən namizədlər öz CV-lərini “Mühəndis mexanik” başlığı ilə hr@atsfood.az elektron poçt ünvanına göndərə bilərlər.
Şirkət haqqında
•Müəssisə 1999 - cu ildə təsis edilmişdir. Hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. Gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə üç böyük zavodu fəaliyyətdədir. Sumqayıt mərkəzi üzrə iki zavod, Şəmkir mərkəzi üzrə bir zavod mövcuddur. Markanın məhsullarını istehsal edən "Bismak" zavodu 06.04.2004 - cü il, “Çörəkçi” zavodu isə 14.01.2013 - cü ildə təsis edilmişdir. Zavodlarda ümumi 241 sayda məhsul çeşidi istehsal edilməkdədir.