İş şəraiti: Struktur: İR və İnzibati işlər departamenti Birbaşa rəhbər: İR və İnzibati işlər departamentinin rəhbəri İş yeri: Füzuli, Beyləqan, Ağcabədi İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13
•00)
İşəgötürən
•Eden Agro MMC Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri
•Ağcabədi, Füzuli, İmişli və Beyləqan üzrə HR əməliyyatlarının (işə qəbul, işdən çıxma, məzuniyyət, ezamiyyət, davamiyyət) tam dövriyyəsinin idarəedilməsi Əmək müqavilələrinin, əlavə razılaşmaların və xitam sənədlərinin vaxtında və düzgün tərtibi. ƏMAS sisteminə məlumatların daxil edilməsi və yoxlanılması.İşçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və HR Audit üçün hazır saxlanılması. Şəxsi məlumatların konfidensiallığının qorunması və məlumat təhlükəsizliyi qaydalarına riayət. Müsahibələrin təşkili, nəticələrin sənədləşdirilməsi və seçilmiş namizədlərlə rəsmi kommunikasiyanın aparılması Davamiyyət tabellərinin hazırlanması, yoxlanılması və aylıq hesabatların təqdim olunması. Məzuniyyət planının illik əsasda formalaşdırılması və faktiki icrasına nəzarət. 1C proqramında əməkdaşların iş qrafiklərinin, SR və PR sorğularının yaradılması və alış prosesinin sonadək izlənməsi. HR sənədlərinin korporativ standartlara uyğun arxivləşdirilməsi və elektron sistemdə saxlanılması.
Vəzifə tələbləri
•Ali təhsil (idarəetmə, biznes, hüquq və ya əlaqəli sahə üstünlükdür) İR sahəsində ən azı 3 il iş təcrübəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•) işləmə bacarığı Sənədlərlə işləmə və arxivləşdirmə bacarığı Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı
•Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik
•Azərbaycan dili səlis, İngilis dili arzuolunandır
•1C / ERP, MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik
•Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi Korporativ tibbi sığorta paketi Peşəkar və liderlik inkişaf proqramları Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “İnsan Resursları üzrə mütəxəssis (Füzuli-Beyləqan-Ağcabədi üzrə)” qeyd edərək hr@edenagro.az elektron ünvanına göndərilməsi xahiş olunur.