Struktur bölmə: Proqram təminatı tərtibatı sektoru Tabeçilik: Sektor müdiri Vəzifə öhdəlikləri
•Biznes və texniki tələbləri təhlil edərək test ssenariləri və test planları hazırlayır. Yeni hazırlanmış funksionallıqların və mövcud sistemlərdə edilən dəyişikliklərin keyfiyyət standartlarına uyğunluğunu yoxlayır. Manual testlərin icrasını həyata keçirir və nəticələrini sənədləşdirir. Aşkarlanmış qüsurları (bug/defect) qeydiyyata alır, izləyir və aradan qaldırılması prosesinə nəzarət edir. Funksional, inteqrasiya, sistem, reqressiya, testlərini planlaşdırır və icra edir. API və verilənlər bazası səviyyəsində yoxlamalar aparır. Tərtibatçılar, biznes analitiklər, məhsul sahibləri və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək keyfiyyət risklərini vaxtında müəyyən edir. Test nəticələri üzrə müntəzəm hesabatlar hazırlayır və təqdim edir. Məhsulun keyfiyyət standartlarına və biznes tələblərinə uyğunluğunu təmin edir. İstifadəçi Qəbul Testləri (UAT) prosesində iştirak edir və müvafiq dəstək göstərir. Test proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində təkliflər verir. Layihə müddətlərinə uyğun olaraq test fəaliyyətlərini planlaşdırır və icra edir.
Namizədə dair arzu olunan bilik və bacarıqlar
•Ali təhsil (İT və ya müvafiq sahə üzrə). QA mühəndisi və ya proqram təminatının test edilməsi sahəsində minimum 5 il iş təcrübəsi. Proqram təminatının hazırlanması və test edilməsi həyat dövrləri (SDLC və STLC) üzrə nəzəri və praktiki biliklər
•Manual testlərin planlaşdırılması, hazırlanması və icrası sahəsində təcrübə. Test ssenarilərinin (Test Cases), test planlarının və test hesabatlarının hazırlanması bacarığı. Funksional, inteqrasiya, sistem, reqressiya (regression) və istifadəçi qəbul testləri (UAT) üzrə təcrübə
•Proqram təminatındakı qüsurların (defektlərin) aşkarlanması, sənədləşdirilməsi, prioritetləşdirilməsi və izlənilməsi üzrə bilik və təcrübə. SQL sorğularının yazılması və verilənlər bazaları ilə işləmək bacarığı. REST API-lərin test edilməsi üzrə bilik və təcrübə (Postman, Swagger və oxşar alətlər. Agile/Scrum metodologiyaları üzrə biliklər. Testlərin avtomatlaşdırılması sahəsində təcrübə (Selenium, Cypress, Playwright və ya analoji alətlər). Güclü analitik düşünmə, problem həll etmə və detallara yüksək diqqət bacarığı. Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Azərbaycan dilində yüksək səviyyədə, ingilis dilində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (rus dili biliyi üstünlükdür).
Əlavə məlumat: İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18
•00-dək.
İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri ) Vakansiya növü : Tam ştat İş yeri: “Bakinity Distribution” MMC Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq Təminatlar
•Push 30 platformasından istifadə imkanı. AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı. Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı. İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
Maraqlanan namizədlər https
•//www.bakinity.az/jobs/keyfiyy%c9%99t-t%c9%99minati-uzr%c9%99-bas-mut%c9%99x%c9%99ssis-senior-qa-specialist/ linkə daxil olaraq müraciət edə bilərlər.