•Müəssisənin gündəlik mühasibat uçotunun aparılması, təsərrüfat əməliyyatlarının mühasibat hesablarında düzgün əks etdirilməsi və maliyyə əməliyyatlarının düzgün şəkildə qeydiyyata alınması. Təsərrüfat əməliyyatlarını təsdiq edən ilkin sənədlərin (müqavilə, hesab-faktura, e-qaimə, təhvil-təslim aktı və s.) qəbul olunması, yoxlanılması və təsdiq edilməsi. Dövr (aylıq, rüblük və illik) ərzində əldə edilən gəlirləri və çəkilmiş xərcləri hesablamaq və onları müqayisə etməklə fəaliyyət nəticələrini (mənfəət yaxud zərərlə işləməni) təhlil etmə və debitor və kreditor borcların nəzarətdə saxlanılması, aylıq üzləşmə aktlarının hazırlanması. Əsas vəsaitlərin uçota alınması, amortizasiya hesablanması və silinməsi proseslərinin icrası. Adiyyəti olan platformalarda yerləşdirilmiş gömrük bəyannamələrinin yoxlaması və gömrük rüsumlarının ödənilməsi. Müəssisənin maliyyə vəziyyətində və maliyyə nəticələrində baş verən dəyişiklikləri istifadəçiyə (rəhbərlik, marketinq, kadr və s. şöbələrə) vaxtında çatdırmaq. Hüquqi anlaşılmazlıqlarda sübutedici vasitə olan sənədləri qaydaya salmaq. Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi. Müəssisəyə məxsus bütün məlumatların (kommersiya sirri, maliyyə məlumatları və digər daxili informasiyalar) məxfiliyinin qorunması.
Qanuni mükəlləfiyyətləri yerinə yetirmək
•öhdəliklərin (Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin, kommunal xərclər, icarə haqqı və s.) hesablanması və vaxtında ödənilməsi
•vergilərin və sosial ayırmaların hesablanması və dövlət təşkilatlarına vaxtında ödənilməsi
•tələb olunan hesabatların vaxtında lazımi dövlət orqanlarına təqdim olunması.
Tələblər Ali təhsil
•(mühasibatlıq, maliyyə, iqtisadiyyat üzrə)
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Mühasibatlıq sahəsi üzrə PMS sertifikatı tələb olunur
•Müvafiq sahə üzrə 1 il təcrübə
•Elektron portallar ilə işləmə bacarığı
•Azərbaycan dili səlis, rus dili arzuolunandır
•MS Excel (yaxşı səviyyədə) və 1C 8.3 Proqramında işləmə təcrübəsi
•Analitik düşüncə, məsuliyyətlilik, dəqiqlik
•Komandada işləmə bacarığı.
İş şəraiti Ünvan : Bakı şəh, Səbail rayonu İş qrafiki: 6 günlük Vakansiya növü - Tam ştat Əmək haqqı
•Müsahibə əsasında müəyyən ediləcək İmtiyazlar Korporativ nömrə (korporativ paket) Karyera yüksəlişi Maraqlanan namizədlər öz CV-lərini ofisvakansiya@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.