•TəsvirDaxili bank sistemləri və xarici IPS API-ları arasında inteqrasiya şlüzünün 24/7 rejimində fasiləsiz işləməsinin təmin edilməsi
•Mesaj növbələrinin idarə olunması və ödəniş bildirişlərinin çatdırılmasına nəzarət edilməsi
•Vəsaitlərin dərhal köçürülməsi üçün IPS-in sürət reqlamentlərinə uyğun olaraq gecikmələrin (latency) minimuma endirilməsi
•Tənzimləyici və IPS spesifikasiyalarındakı dəyişikliklərin (ISO 20022 və s.) izlənilməsi və sistemlərə operativ tətbiqi
•Yeni ödəniş növlərini (Request to Pay, geri qaytarılmalar, abunəliklər) dəstəkləmək üçün biznes məntiqlərinin və cədvəl strukturlarının təkmilləşdirilməsi
•Gələn və gedən mesajların aktual XSD/JSON sxemlərinə uyğunluğunun təmin edilməsi
•Ödəniş tranzaksiyalarının emalı üçün saxlanılan prosedurların (stored procedures), paketlərin və triqqerlərin layihələndirilməsi
•Müxtəlif IPS statusları zamanı (success, reject, timeout) məlumatların konsistentliyinin qorunması
•Hesabatlılıq və mübahisəli halların araşdırılması (Dispute Management) üçün ödənişlərin ətraflı loqlaşdırılması və arxivləşdirilməsinin təşkili
•Təhlükəsiz inteqrasiyaların təmin edilməsi (sertifikatlar, elektron imza, kriptoqrafiya)