•Data Scientist Community Azerbaijan komandası Community & Events Manager vəzifəsinə namizəd axtarır.
Vəzifə öhdəlikləri: • Seminar, workshop və digər tədris yönümlü tədbirlərin təşkili və idarə olunması • Açıq və qapalı eventlərin planlaşdırılması və koordinasiyası • Spikerlər, iştirakçılar və tərəfdaşlarla effektiv kommunikasiya • Məkan seçimi, texniki təminat və logistika proseslərinin təşkili və nəzarəti • Şirkət daxili tədbirlərin (team building, daxili görüşlər və xüsusi günlər) təşkili • Futbol, voleybol və digər idman fəaliyyətlərinin təşkil edilməsi • Tələbə və məzun icması ilə əlaqələrin idarə olunması və aktivliyin artırılması • Event sonrası hesabatların hazırlanması və feedback prosesinin aparılması Tələblər: • Event və ya layihə idarəçiliyi sahəsində təcrübə (üstünlük təşkil edir) • Güclü təşkilatçılıq və planlama bacarığı • Yüksək ünsiyyət və koordinasiya qabiliyyəti • Komanda ilə effektiv işləmə bacarığı • Məsuliyyətli və təşəbbüskar yanaşma • MS Office və ya Google Workspace proqramlarında işləmə bacarığı İş şəraiti: • İş saatları: 09:00 – 18:00 • Əməkhaqqı
•Namizədin bacarıq və təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə qərarlaşdırılacaq. 📩 Müraciət üçün CV-nizi info@dsa.az elektron ünvanına mövzu hissəsində “Community & Events Manager” yazaraq göndərə bilərsiniz. Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!