•Departamentdə kargüzarlığın, sənəd dövriyyəsinin aparılmasında mövcud qaydaların tələblərinə riayət edilməsinə təşkilati, əməli-metodiki rəhbərliyi və səlahiyyətləri daxilində cari nəzarəti həyata keçirmək
•Kargüzarlıq, sənəd dövriyyəsi, arxiv işi və vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması sahələrində təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək
•Departamentə daxil olan sənədləri qəbul etmək, Elektron İdarəetmə Sistemində qeydiyyata almaq, sənədlərin surətlərinin çoxaldılmasını və aidiyyəti üzrə çatdırılmasını təmin etmək
•Departamentdə sənədlərin çevik və vaxtında dövriyyəsini, sənədlərlə işin təşkilini, sənədlərin vaxtında icrasına səlahiyyətləri çərçivəsində cari nəzarəti və müəyyən olunmuş qaydada arxivə təhvil verilməsini təşkil etmək
•Xaric olan sənədlərin aidiyyəti üzrə göndərilməsini, təsnifləşdirilməsini və statistik hesabatların aparılmasını təmin etmək
•Vətəndaşların təklif, ərizə və şikayətlərinə dair rəhbərlik tərəfindən verilmiş tapşırıqların vaxtında icra olunmasına səlahiyyətləri çərçivəsində cari nəzarət etmək
•Vətəndaşların qəbulunu təşkil etmək, icrası şöbəyə həvalə edilmiş müraciətlərə baxılmasını və qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada müvafiq tədbirlərin görülməsini təmin etmək
•Departamentdən xaric olan sənədlərin tələb olunan formada, qaydada tərtib olunmasını, göstərilən ünvanların düzgünlüyünü yoxlamaq, müvafiq səhvlər aşkar edildikdə səbəbləri göstərilməklə sənədi geri qaytarmaq
Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək
•Qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək.
Təhsil səviyyəsi
•Müvafiq sahə üzrə ali təhsil
İş təcrübəsi
•Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi
•Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatlarla bağlı biliklər
•Sənədləşdirmə və hesabatlatın tərtib edilməsi
•Kargüzarlıq sahəsində nəzəri və praktiki biliklər
•Sənədlərlə iş şöbəsinə aid olan normativ, metodik və digər rəhbəredici materiallarla bağlı biliklər
Xarici dil
•Rus və İngilis dili - yaxşı səviyyədə
MS Office proqramları üzrə bacarıqlar
•yaxşı səviyyədə
•Nəticəyönümlülük
•Diqqətlilik və dəqiqlik.
Daşkəsən rayon filialının Xidmət bölməsinin məlumat xidməti üzrə kiçik mütəxəssisi