•Xidmətə başlamadan öncə əvvəlki növbədəki əməkdaşdan obyektə aid açarları, qıfılları, möhürləri, sənədləri və digər texniki avadanlıqları təhvil almalı, baş vermiş hadisələr barədə məlumat almalıdır
•Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa — sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında özünün birbaşa tabe olduğu rəhbərə xəbər verməli və cəmiyyətdən aidiyyəti rəhbər personal gələnə qədər ərazinin qorunmasını təmin etməlidir
•Daxili iş qaydalarına uyğun olaraq müəssisə, idarə, təşkilatın girişində xidmətdə olduğu zaman işçilərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə və təşkilatın ərazisinə lazımi sənədlər təqdim etdikdən sonra buraxılmasına və çıxışına nəzarət etmək
•Obyektə gətirilən və ya çıxarılan qiymətli materialların qeydiyyatını aparmalı
•Obyekt əmlakının qorunmasını təşkil etməli, obyektə kənar şəxslərin daxil olmasının qarşısı alınmalıdır
•Hüquq pozuntusunun qarşısının alınması və mühafizə olunan obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülmüş tədbirlər barədə birbaşa tabe olduğu rəhbəri yazılı surətdə məlumatlandırmaq
•Rəhbərliyin təyin etdiyi digər işləri icra etmək
•Cəmiyyətdə qəbul olunmuş qayda və prosedurlara riayət etmək
•MS Office (Word, Excel, Outlook)Neqativ hallar zamanı rəsmi sənədləşmə qaydalarını bilməkTəhlükəsizlik qaydaları və prosedurlarını bilməkWord və Excel bilikləri arzuolunandır.