•Azərbaycanın aparıcı istehsalat müəssisələrindən biri olan şirkətimiz soyuducu istehsalı sahəsində peşəkar, texniki biliklərə malik və nəticəyönümlü əməkdaşları komandamıza qoşulmağa dəvət edir.
Vəzifə öhdəlikləri
•Soyuducu avadanlıqlarının istehsalı, yığılması və montaj proseslərinin texniki tələblərə uyğun icra edilməsini təmin etmək
•İstehsal prosesində məhsul keyfiyyətinə və texniki standartlara nəzarət etmək
•Texniki çertyoj, layihə və istehsalat sənədləri əsasında işlərin həyata keçirilməsi
•Soyutma sistemlərinin komponentlərinin quraşdırılması, sazlanması və test edilməsində iştirak etmək
•İstehsal avadanlıqlarının düzgün istismarına nəzarət etmək
•Aşkarlanmış texniki nasazlıqların operativ şəkildə aradan qaldırılmasını təmin etmək
•İstehsal planlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə dəstək olmaq
•Material və ehtiyat hissələrinin səmərəli istifadəsini təmin etmək
•Əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat intizamı qaydalarına ciddi riayət etmək
•İş yerində 5S standartlarının tətbiqinə və davamlı təkmilləşdirmə fəaliyyətlərinə dəstək vermək.
•Mexanika, Elektromexanika, Elektrik mühəndisliyi, Soyutma sistemləri və ya əlaqəli sahələr üzrə ali təhsil
•Soyuducu, kondisioner və ya sənaye avadanlıqlarının istehsalı sahəsində minimum 3 il iş təcrübəsi
•Texniki çertyoj və sxemləri sərbəst oxuma bacarığı
•İstehsalat avadanlıqları və əl alətləri ilə işləmək təcrübəsi
•Ölçü və nəzarət cihazlarından istifadə bacarığı
•İstehsal proseslərinin təşkili və keyfiyyət standartları haqqında biliklər
•MS Office proqramlarında işləmək bacarığı
•Lean Manufacturing, Kaizen və 5S metodologiyaları üzrə biliklər üstünlükdür
•Elektrik, qaynaq və ya soyutma sistemləri üzrə sertifikatların olması üstünlük hesab edilir.
Şəxsi keyfiyyətlər
•Yüksək məsuliyyətlilik
•Liderlik və təşkilatçılıq bacarığı
•Analitik düşüncə tərzi
•Operativ qərarvermə qabiliyyəti
•Komandada işləmək bacarığı
•Dəqiqlik və nəticəyönümlülük
•İnkişafa və öyrənməyə açıq olmaq.
Təklif edirik
•Rəqabətli əməkhaqqı və performansa əsaslanan əlavə bonuslar
•AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
•Peşəkar və stabil iş mühiti
•Karyera inkişafı və təlim imkanları
•Müasir istehsalat avadanlıqları ilə işləmək imkanı
•Korporativ inkişaf proqramlarında iştirak.
Əmək haqqı:800-1500 Azn İş yeri
•Binə qəsəbəsi.
İş qrafiki: Tam iş günü
•08.30- 17.30( Şənbə və bazar istirahət) Nahar və servis şirkət tərəfindən təmin olunur. Uyğun namizədlər CV-ni cv@titan.az mail adresinə göndərə bilərlər.